Peyvənd olunduqdan sonra necə qidalanmalı? – Həkimdən VACİB tövsiyələr
09.04.2021 12:55

Mütəxəssislərin fikrincə, immun sistemini maksimum dərəcədə artırmağın bir yolu da düzgün qidalanmaqdır. Həkimlər COVID-19 əleyhinə peyvənd olunan şəxslərə sonrakı iki gün ərzində müəyyən qidalardan uzaq durmağı məsləhət görüblər.


Daha çox protein qəbul etməli

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, mütəxəssislər peyvənddən sonrakı pəhrizə kifayət qədər zülalın daxil edilməsinin bədənin immun reaksiyasını artırmağa kömək edəcəyini söyləyib. Xəstəliklərin qarşısının alınması üzrə mütəxəssis, həkim Sandra El Haj vaksindən sonra protein istehlakının fiziki zəiflik hisslərini azaldacağını qeyd edib:

 

“Peyvənddən sonra bədəniniz çox enerji tükətməli olacaq. Pəhrizinizdə kifayət qədər protein olmazsa, əzələ kütləsi azalacaq. Nəticədə, özünüzü daha zəif hiss edəcəksiniz”.

 

Şirələr və ya detoksdan uzaq durmalı

 

Peyvənddən sonrakı günlər detoks üçün münasib vaxt kimi görünə bilər, lakin mütəxəssislər bundan çəkinməyi tövsiyə edirlər.

“Şirələrin tərkibində zülal və lif yoxdur. Bunlar isə immun sistemini qorumağa və gücləndirməyə kömək edən iki vacib qidadır”.

 

Balanslı pəhriz saxlamalı

 

Həkimlər bildirir ki, peyvənddən sonrakı pəhrizə gəldikdə, burada sehrli bir inqridiyent yoxdur. Əsas məsələ sağlam və balanslı qidalanmaqdır:

 

“Mümkün qədər çox bitki mənşəli maddələr, tam növ qidalar və təmiz yağlardan istifadə etməklə sağlam bir pəhriz saxlamaq lazımdır. Ultrapasterizə olunmuş qidalardan və süni dadlandırıcılardan çəkinin”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər