Koronavirusla bağlı miflər
15.08.2020 11:10

Qısa müddətdə dünyanın əsas probleminə çevrilən koronavirus bu günə qədər 21 milyon insanın yoluxmasına, 760 mindən çoxunun ölümünə səbəb olub.

 

Ötən müddət ərzində virusa yoluxma və müalicə üsulları ilə bağlı yanlış təsəvvürlər, inanclar yaranıb.

 

Aztibb.az koronavirusla bağlı tibb elmində təsdiqini tapmayan, bəzi insaların isə inandığı mifləri təqdim edir. 

 

Koronavirus ayaqqabı vasitəsilə keçir

 

COVID-19-un ayaqqabı vasitəsilə insanlara yoluxması riski çox aşağıdır. Təbii ki, ehtiyat tədbiri olaraq, körpə uşaqların oynadığı döşəmədə ayaqqabıya təmas etməməsinə diqqət etmək lazımdır. Bu isə təkcə koronavirus deyil, başqa virus və bakteriyalarla bağlı da bir növ ehtiyat tədbiridir.

 

Spirtli içkilər koronavirusa qarşı immunitet yaradır

 

Sübut olunub ki, spirtli içkidən çox istifadə heç bir immunitet yaratmır, əskinə, sağlamlıq üçün çox zərərlidir və immun sistemini zəiflədir.

 

Hərarət ölçən cihazlar koronavirusu aşkar edir

 

Hərarət ölçən cihazlar (Termal skaner) ancaq yüksək temperaturu müəyyən edə bilər və heç bir virusla bağlı diaqnoz qoya bilməz.

 

Acı bibər koronavirusdan qoruyur

 

Yeməklərinizdəki acı bibər COVID-19-un qarşısını ala və müalicə edə bilməz. Özünüzü yeni koronavirusdan qorumağın ən yaxşı yolu başqalarından ən azı 1 metr məsafə saxlamaq və əllərinizi tez-tez və hərtərəfli yumaqdır. Ümumi sağlamlığınız üçün balanslı pəhriz, mütəmadi olaraq məşq etmək və normal yuxu rejimi faydalıdır.

 

Koronavirus ağcaqanad vasitəsilə yayılır

 

Bu günə qədər COVID-19 virusunun milçək, ağcaqanad vasitəsilə ötürüldüyünə dair heç bir sübut və ya məlumat yoxdur. COVID-19-a səbəb olan virus, ilk növbədə, yoluxmuş insanın öskürdüyü, asqırdığı və ya danışdığı zaman yaranan damcılar vasitəsilə yayılır. Əllərinizi yumazdan əvvəl çirklənmiş səthə, sonra isə gözlərinizə, burnunuza və ağzınıza toxunaraq yoluxa bilərsiniz.

 

5G internet şəbəkəsi koronavirus yayır

 

Viruslar radio dalğalarında, mobil şəbəkələrdə səyahət edə bilmirlər. COVID-19 5G mobil şəbəkəsi olmayan bir çox ölkədə də yayılır.

 

25°C-dən yüksək temperatur koronavirusu öldürür

 

Havanın nə qədər günəşli və isti olmasından asılı olmayaraq, COVID-19-a yoluxa bilərsiniz. İsti hava şəraiti olan ölkələrdə də COVID-19 hadisələri barədə məlumat verilib.

 

İsti vanna qəbulu koronavirusun qarşısını alır

 

İnsanın normal bədən temperaturur 36.5 - 37°C-dir  və bu, aşağı temperatur hesab olunmur. Əgər virus bu temperaturda məhv olmursa, çox isti vanna sadəcə zərərli ola bilər.

 

Soyuq hava və qar koronavirusu öldürür

 

COVID-19-un soyuq havaya davam gətirməməsi barədə heç bir sübut öz əksini tapmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib