Mövsümi soyuqdəymə, yoxsa koronavirus - Necə müəyyən etməli?
26.03.2021 16:31

Boğaz ağrısı hər bir insana tanışdır. Həyatımızda ən azı bir dəfə, hətta ən sağlam adam udqunarkən, danışarkən və istirahət zamanı belə boğazında narahatlıq, ağrı hiss edir.

 

Tibbi statistika onu göstərir ki, daha tez-tez boğaz ağrısı uşaqlarda qeydə alınır. Bu, immun sistemindəki çatışmazlıqlar (tam formalaşmamış) səbəbindən xəstəliklərin inkişaf meylinin artması ilə əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, uşaqlar boğaz ağrısını əksər hallarda temperatur olmadan keçirirlər, əsas səbəb yenə də tam formalaşmamış immun sistemidir. Boğaz ağrıları ilə bağlı şikayətlər xüsusilə mövsümi olaraq artır.

 

Boğaz ağrısının əsas səbəbləri:

 

Udma zamanı xoşagəlməz simptomlar ən çox belə xəstəliklər rast gəlinir: virus infeksiyası (KRVİ), badamcıqların birinin bakterial infeksiyası (ən çox streptokokk mənşəli), kəskin faringit (allergik, zəhərli və ya alimentar mənşəli), xroniki faringit (kataral, dənəvər və ya atrofik formalı), nevrotik mənşəli ağrı, zəhərli maddələrlə boğazın və ya qırtlağın qıcıqlanması (siqaret tüstüsü, zərərli istehsal tullantıları və s.), termal və kimyəvi yanıqlar, xarici əşyaların daxil olması (balıq sümükləri, şüşə parçaları və s.), uğursuz cərrahi müdaxilələr (traxeotomiya və ya tonzilektomiya).

 

Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patogen mikrob hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktivləşməyə başlayır. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək patogen floranın böyümə və çoxalması zamanı ifraz etdiyi toksinlərin təsirindən yaranan əlamətlərdir.

 

COVID-19 zamanı rast gəlinən əlamətlər:

 

Koronavirusun ən çox rast gəlinən simptomları - temperatur və kəskin öskürəklə yanaşı, xəstələrdə şiddətli boğaz ağrıları da müşahidə olunur. CCOVID-19 xəstələrindəki boğaz ağrısı fərqli olur. Beləliklə, virusa yoluxanlarda boğazın arxa hissəsi qırmızı rəngdə olur və ağızda xoşagəlməz bir dad yaranır. Bundan əlavə, boyundakı limfa düyünləri böyüyə bilər. Boyundakı genişlənmiş limfa düyünü də narahatlığa və boğazda sanki bir parça olması hissinə səbəb ola bilər. Koronovirus çox zaman qırtlağın arxa hissəsini zədələyir. Bəzən ağrı qulağa da verə bilər, boğazda quruluq əmələ gəlir.

 

Boğazda yaranan ağrı və şişkinliyin intensivliyi selikli qişada olan virusların çoxluğundan asılıdır. Virusların miqdarı nə qədər çox olsa, kəskin, dözülməz boğaz ağrısının olması ehtimalı bir o qədər yüksəkdir.

 

Boğaz ağrısının müalicəsi.

 

Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Angina zamanı isə düzgün antibiotik və ya effektiv virusəleyhinə dərman təyin etmək, eyni zamanda yerli təsirli antiseptik və ağrıkəsici vasitələrdən istifadə etmək vacibdir. Faringit, tonzillit, herpetik boğaz ağrısı, adenoidit və laringit zamanı əksər hallarda törədicisi virus infeksiyası olduğu üçün virusəleyhinə dərmanlarla müalicə aparmaq uğurlu nəticə verir.

 

Boğaz üçün sorma pastillərdən istifadə etdikdə, tez bir zamanda boğazdakı ağrını aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir.

 

Təbii komponentlərlə müalicə təhlükəsiz və effektiv sayılır. Bitki mənşəli dərmanları böyüklərə, uşaqlara, hamilə qadınlara, yanaşı xəstəliyi olan insanlara və antibiotiklərə qarşı həssas olanlara da təyin etmək mümkündür.

 

Boğaz ağrısı üçün bitki mənşəli preparatlar sorma pastil formasında istehsal olunur. Bu sorma pastillərin tərkibinə kompleks bitkilər daxildir. Biyan kokü, exinaseya, nanə, evkalipt, zəncəfil, zərdəçal və ardıc ekstraktları qeyri-spesifik immun sisteminin müdafiə faktorlarını aktivləşdirir, iltihab və şişəleyhinə təsir göstərirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər