Bioloqlar: İnsan orqanizmi su istehlakında primatlardan xeyli qənaətcildir  
10.03.2021 15:00

“Homo sapiens”lərdə tər vəzilərinin şimpanzedən on dəfə çox olmasına baxmayaraq, onlar oxşar kütləyə malik meymunlardan təqribən iki dəfə az miqdarda su sərf edir. Tədqiqatın nəticələri “Current Biology” jurnalında dərc edilib.

 

Aztibb.az TASS-a istinadla xəbər verir ki, Dyuk Universitetinin (ABŞ) dosenti German Pontser və onun həmkarları insanın, şimpanzenin, qorillanın və bonobonun normal həyat fəaliyyəti üçün nə qədər su lazım olduğunu araşdırıblar. Tədqiqat müxtəlif məşğulluq sahələrindən (məsələn, ovçuluqla və meyvə toplamaqla, təxminən vəhşi primatlarla eyni şəraitdə yaşayan xadza tayfalarının nümayəndələri də olub), etnik və irqi qruplardan olan 309 insanı, habelə vəhşi təbiətdə yaşayan və zooparkda saxlanılan 72 meymunu əhatə edib.

 

Eksperimentin bütün iştirakçıları təqribən iki həftə ərzində xüsusi hazırlanmış su içiblər – bu suyun molekulunun bir hissəsini alimlər təbiətdə çox nadir rast gəlinən oksigen–18 izotopu ilə işarələyiblər. Tədqiqat iştirakçılarının orqanizminin hər gün nə qədər su istehlak etdiyini müəyyənləşdirmək üçün bioloqlar onların tərində və sidiyində həmin izotopun miqdarını izləyiblər. Məlum olub ki, orta hesabla, insanların normal həyat fəaliyyəti üçün gündə bir litrədək, primatlar üçün altı litrədək (kütlə fərqindəki əlavə ilə) su lazımdır. Bu nisbət həm oturaq həyat tərzi keçirən insanlara, həm də vaxtının çox hissəsini ovçuluğa və meyvə toplamağa, qida axtarışına sərf edən insanlar üçün xarakterikdir.

 

Analoji proporsiya insan və primat orqanizmlərində qida ilə əldə edilən hər kilokalori enerji üçün nə qədər su sərf edilməsinə də xas olub. Bu, onu göstərir ki, insan bədəninin “qənaətcilliyi” onun fiziki fəallığının heç də az olması ilə bağlı deyil.

 

Alimlər bu xüsusiyyətin səbəbini hələ ki tam şəkildə izah edə bilmirlər. Onların fikrincə, insan orqanizminin “qənaətcilliyini” “Homo sapiens”in kiçik burnundan digər primatların tənəffüs orqanları ilə müqayisədə daha az miqdarda su “axması” ilə izah etmək olar. Lakin alimlər insan orqanizmində maddələr mübadiləsinin dəyişə bilməsini istisna etmirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır