Azərbaycanlı alimin elmi tədqiqatlarına istinadların sayı 400-ü ötdü 
04.03.2021 14:11

Dünyanın tibb sahəsində ixtisaslaşmış nüfuzlu elmi nəşrləri tərəfindən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin elmi tədqiqatlarına istinadların sayı 400-ü ötüb.

 

Aztibb.az xəbər verir ki, N.Abdullayev tədqiqatlarına nüfuzlu jurnallar, o cümlədən beynəlxalq arenada tanınmış elm adamları tərəfindən ən çox istinad olunan ilk gənc azərbaycanlı alimdir.

 

Belə ki, ölkəmizi Avropada, eləcə də dünyada layiqincə təmsil edən gənc alimlərimizdən biri də həmyerlimiz Nuran Abdullayevdir. Almaniyada fəaliyyət göstərən soydaşımız gənc olmasına baxmayaraq tibb sahəsində bir çox yeniliklərə imza atıb. Azərbaycanlı alim kimi elmi arenada kifayət qədər nüfuz qazanan N.Abdullayev, həmçinin cəmiyyətin maariflənməsi istiqamətində də aktiv fəaliyyət göstərir.

 

N.Abdullayev neyroradiologiya və insult xəstələrinin müalicəsi sahəsində gətirdiyi yeniliklərlə tibb elminə öz töhfəsini verməkdədir və o, məhz bununla Azərbaycanın tibb tarixində bir ilkə imza atıb.

 

Onun müxtəlif mövzular əsasında apardığı onlarla elmi tədqiqatı dünyaca məşhur tibbi ekspertlər tərəfindən qəbul edilib, dünyanın ixtisaslaşmış nüfuzlu jurnallarında dərc olunub və hələ də dərc olunmaqdadır.

 

Bu elmi tədqiqatlara olunan yüzlərlə istinadlar isə həmin elmi işlərin yüksək səviyyədə və dəqiqliklə ərsəyə gəlməsindən irəli gəlib. Bu da bir azərbaycanlı gənc alimin təkcə yeni elmi məlumatları dərc etməsi demək deyil, eyni zamanda elmdə istiqamətləndirici yol göstərən bir mövqedə durması deməkdir.

 

Xatırladaq ki, Nuran Abdullayevə olan istinadların reytinq səviyyəsinə görə onun elmi tədqiqatları çap edilən jurnalların son illərdə beynəlxalq arenadakı elmi səviyyəsini müəyyən edən impakt faktorlarında nəzərə çarpacaq qədər yüksəlmə qeydə alınıb. Bu da bir daha gənc azərbaycanlı alimin komandası ilə birgə etdiyi elmi tədqiqatların səviyyəsindən bəhs edir.

 

N.Abdullayev yeni növ koronavirus infeksiyası ilə bağlı dünyada elmi tədqiqatı çap edilən ilk azərbaycanlıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır