Səhər yeməyində bu qidaların qəbulu zərərlidir - Sağlam qidalanma üçün tövsiyələr
03.03.2021 08:40

İnsanların böyük əksəriyyəti səhər yeməyinə xüsusi diqqət ayırır. Bəzi insanlar səhər acqarına bir çay, qəhvə ilə kifayətlənir, digərləri isə zəngin səhər yeməyi süfrəsi açır. Azərbaycanda səhər yeməyi süfrəsində şirin çay, qayğanaq, bal, şor, qaymaq kimi məhsullara üstünlük verilir. 

 

Aztibb.az xəbər verir ki, dietoloq və qida ekspertləri səhər yeməyində yol verilən səhvlər və zərərli qidaların siyahısını təqdim ediblər:

 

1.Acqarına qəhvə

 

Səhər ovqatını qaldırmaq üçün qəhvə əvəzsizdir. Amma acqarına birbaşa qəhvə içmək ciddi mədə xəstəlikləri yaradır: qastrit, yanma, xora. Qəhvə mədə turşuluğunu artırır, bu isə mədə divarının qıcıqlanmasına və iltihab yaranmasına səbəb olur. Qida borusuna sıçrayan turş şirə onu zədələyir, eroziya yaradır.

Qəhvəni səhər bir az yemək yedikdən, mədəyə qida düşdükdən sonra içməlisiniz. Bu zaman zərərsiz effekt ala bilərsiniz. Gündəlik kofein dozası 400 mq-ı aşmamalıdır.

 

2.Portağal şirəsi

 

Amerikada ikinci dünya müharibəsində əsgərlərə vitamin çatmadığından hökumət dondurulmuş portağal şirələrini orduya göndərmişdi.

 

Sonradan bu adət süfrələrə daxil oldu. Lakin təzə sıxılmış portağal şirəsi içmək insan üçün faydalı deyil. Sitrus meyvələri da mədə divarını qıcıqlandırır, şirəni artırır və mədənin iltihabına səbəb olur. Əgər bir insan səhər həm qəhvə, həm də portağal şirəsi içirsə, o, ciddi mədə problemləri ilə qarşılaşa bilər. 

 

Səhərlər portağal şirəsini yeməklə bərabər qəbizliyi olanlar içə bilər, o, bağırsaq peristaktikasını artırır.

 

3.Blinlər, sırnik, oladi

 

Xəmir, yumurta, şəkər tərkibli bu qidalar səhər tezdən qanda qlükozanı qəfildən artırır.

Bu yeməkləri yedikdən sonra ilk 1 saatda həqiqətən enerji axını hiss edəcəksiz.

Amma 2-3 saata bu effekt itəcək, qlükoza kəskin enəcək və siz yenidən aclıq hiss edəcəksiz. Belə yeməkləri səhərlər yeyənləri yuxu tutur.

 

4.Mannı sıyığı

 

Uşaq bağçasından qalmış bu adət əslində uşaq və böyüklər üçün sağlam qida deyil. Çünki mannıda fitin var, o kalsiumu blok edir, uşaqlarda sümük deformasiyası başlayır. Mannı sıyığı yalnız mədə-bağırsaq xoraları olanlara yaxşıdır. Onun tərkibindəki nişasta mədə divarını örtür.

 

5.Fitnes yulaf, müsli, hazır səhər yeməkləri

 

Qutuda satılan bu qidaların üzərində vitaminlər və faydalı maddələr yazılıb. Amma diqqətlə tərkibini oxusanız, orada şəkər maddələri - patok, qlükoza, qarğıdalı siropu olduğunu görəcəksiniz. Belə yeməklər mədəaltı vəz üçün zərbədir. İnsulinin təbii sintezini pozur. Bu qidalara aludə olanları orta yaşlarda II tip diabet gözləyə bilər.

 

6.Yoqurtlar

 

Səhərlər bir ədəd yoqurt yeməklə kifayətlənirsiz? Onlar kalorisizdir, amma tərkibində şəkər var, bu isə orqanizmə faydalı heç nə vermir, yalnız qlikemik yükü artırır. Yaxşı olar ki, şirin olmayan meyvəli yoqurt yeyəsiniz. 

 

 

7.Kolbasa, sosis buterbrodu

 

Ağ çörəyin arasında kolbasa yemək gələcəkdə bağırsaq şişi, şəkərli diabetə səbəb ola bilər. Kolbasa, vetçina, sosis kimi termiki işlənmiş ət məhsulları kanserogen maddə ilə zəngindir və onkoloji xəstəliklərə yol açır.

Bu səhər yeməyini uşağa məktəbə qoymaq olmaz. O, gizli piylənmə yaradır.

 

Səhər yeməyində nələri yemək faydalıdır?

 

Alimlər sübut edib ki, zülal-karbohidratla zəngin səhər yeməyi mədədəki qrelin hormonunu azaldır, bu səhər yeməyi yeyən insan gün ərzində çox aclıq hiss etmir, tox və gümrah olur.

 

İdeal səhər yeməyi üçün bunları seçin:

 

- Kobud, emal olunmamış yulaf yarması hazırlayıb, yağsız kəsmik və meyvələrlə yeyin;

- Suda bişmiş yumurta, omlet, qayğanaq qara çörəklə yeyin, yanında hər hansı tərəvəz istifadə edə bilərsiniz;

- Şirin olmayan yağsız yoqurt (qoz və kişmişlə);

- Sağlam buterbrodlar: kahı, pendir, pomidor, bişmiş toyuq filesi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır