Türkiyədə COVID-19-a qarşı mükəmməl ELEKTRON MASKA hazırlandı - VİDEO
24.02.2021 12:03

Telekommunikasiya, hava, kosmik, müdafiə sənayesi sahələrində fəaliyyət göstərən Türk texnologiya şirkəti yeni tip koronavirusdan qorunmaq üçün yeni maska istehsal edib.

 

Aztibb.az Medimagazin.com.tr-yə  istinadən xəbər verir ki, bu barədə şirkət rəhbəri Bülənt İşıq məlumat verib.

 

O, bildirib ki, maska USB kabeli ilə 1 saat enerji ilə doldurulduqdan sonra 6 saat istifadə edilə bilər:

 

"Maska istifadə edildikdə hava daxili səthdə hava axınını təmin edən 4 qatlı filtrdən keçir. Maska taxan şəxs təmiz hava ilə nəfəs alır, tək tərəfli klapanlar vasitəsilə çirkli hava atılır.  Üz ilə təmasda olan silikon antibakterialdır və allergik deyil. Bu silikonlar asanlıqla dəyişdirilə və dezinfeksiya edilə bilir. Elektron maska yalnız epidemiyaya görə deyil, həmçinin xüsusən fabriklərdə, mədənlərdə və səhiyyə sahəsində işləyənlər sağlamlıq və təhlükəsizlik üçün etibarlı bir şəkildə istifadə edilə bilər".

 

İşıq əlavə edib ki, elektron maskaların istifadəsi ağciyərin yükünü azaldır: 


"Taxılan bir maska 40%, ikiqat maska 80%, elektron maska isə 99,95% virusdan qoruyur. Bu elektron maskadakı 4 qatlı dəyişdirilə bilən filtren ortalama 15 gün istifadə edilə bilər. İlk dəfə maska əldə edildikdə 2 aylıq ehtiyacı təmin etmək üçün istifadəçiyə əlavə 4 filtr təqdim edilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır