Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır?
07.08.2020 22:38

B qrupu vitaminləri infeksiyanın qarşısını alaraq immun sistemini möhkəmləndirir. Ona görə də, pandemiya zamanı onları kifayət qədər qəbul etmək xüsusilə vacibdir. B vitamini ilə zəngin qidaları gündəlik rasiona daxil etməklə, koronavirus təhlükəsinə baxmayaraq, sağlamlığı qorumaq şansını artırmaq mümkündür.

 

Orqanizmin yeni növ koronavirus infeksiyasına və digər virus hücumlarına qarşı davamlı olmasını təmin etmək üçün ən yaxşı yollardan biri immun sistemini gücləndirən qida qəbuludur. Koronavirus əleyhinə dərmanların olmaması baxımından bu üsul hələlik pandemiya zamanı infeksiyanın qarşısının alınmasında yeganə üsul olaraq qalır. 

 

Aztibb.az “Medikforum” informasiya portalına istinadla xəbər verir ki, bu günlərdə Hindistanın Qida Təhlükəsizliyi və Standartlaşdırma İdarəsi (FSSAI) sinir sistemi və immunitetin sağlam fəaliyyətinin təmini üçün vitaminlərlə zəngin məhsullardan istifadə etməyi tövsiyə edib.

 

B kompleksinə tiamin (B1), riboflavin (B2), niasin (B3), pantoten turşusu (B5), piridoksin (B6), biotin (B7), fol turşusu və ya folat (B9), kobalamin (B12) daxildir. Mütəxəssislər pandemiya zamanı orqanizmin nəyə görə onlara ehtiyacı olduğunu izah ediblər.

 

Qeyd olunan vitamin kompleksi qırmızı qan hüceyrələrinin (eritrositlərin) yaranmasını təmin edir, beyinin və sinirlərin normal işləməsinə imkan yaradır, enerji səviyyəsini artırır, ürək-damar sistemini möhkəmləndirir, həzmi yaxşılaşdırır, əzələləri yaxşı vəziyyətdə saxlayır, hormonların və xolesterinin sintezini normallaşdırır.

 

B qrupundan olan vitaminlərin çatışmaması anemiyaya, infeksiyalara, mədə-bağırsaq traktı, dəri, periferik neyropatiya ilə bağlı problemlərə meyilliliyi artırır. Bu vitaminlər hamilə və südverən analar üçün daha vacib sayılır. Belə ki, onlar beyinin inkişafına kömək etməklə yanaşı, uşaqlarda doğuş qüsurları riskini azaldır.

 

B vitaminlərini əldə etmək üçün qida mənbələri aşağıdakılardır:

 

Göy-göyərti və yaşıl yarpaqlı tərəvəzlər folatın ən mühüm mənbələrindən biridir. Yumurta saçın, dərinin və dırnaqların yaxşı vəziyyətdə olmasını hərtərəfli təmin edən biotindir. Paxlalı bitkilər böyük miqdarda fol turşusu ilə yanaşı, tiamindən, riboflavindən, pantoten turşusundan, piridoksindən (daha orta dozalarda) ibarətdir. Qoz B qrupu vitaminləri ilə birlikdə orqanizmi mis, fosfor, manqan, E və D vitaminləri ilə təmin edir.

 

Qızılbalıqlar fəsiləsindən olan balıqların tərkibində çoxlu omeqa-3 yağ turşuları, riboflavin, niasin, piridoksin və kobalamin də daxil olmaqla bir neçə növ digər vitaminlər mövcuddur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib