Sabunçu xəstəxanasında əkiz doğulan körpələrdən biri oğurlandı - İDDİA
07.08.2020 18:46

Bakıda qadın doğuş zamanı əkiz körpələrindən birinin həkim tərəfindən oğurlandığını iddia edir.

 

Aztibb.az xəbər verir ki, Namazova Aytən Oqtay qızı bildirib ki, iyulun 31-də Sabunçu rayonu 3 saylı xəstəxanaya doğuş üçün müraciət edib:

 

“Mən hamiləlik dövründə də UZİ-dən keçmişəm və 6 həftəlik olanda əkiz hamiləlik olduğunu demişdilər. UZİ həkimim elə həmin xəstəxanada Şərqiyyə İbrahimova olub. Doğuşdan öncə uşağın ürək döyüntülərini yoxlamaq üçün aparata qoşdular və əkiz uşaqların olduğunu dedilər. Sancım güclənəndə məni doğuşa götürdülər".

 

Doğuşdan öncə işçilər bir neçə dəfə məndən evdə uşağım olub-olmadığını soruşurdular. Mən də oğlum olduğunu dedim, bu da məndə şübhə yaratdı. Doğuş zamanı mən uşağın olduğunu hiss etdim, amma mənə oksigen maskası taxdılar, özümdən getdim. Sonra ayılanda dedilər ki, bir qızın oldu. Mən əkiz uşaqlardan birinin satıldığından şübhələnirəm. Polisə də müraciət etmişəm, izahatım alınıb”.

 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır