“Minlərlə insan yoluxanda biz sayı 41 göstərdik” - Uhanlı həkimdən ETİRAF  
27.01.2021 22:53

 

Keçən il yanvarın əvvəlində koronavirus pandemiyasının Uhan bölgəsində ilk dəfə başladığı zaman Çin səlahiyyətliləri açıqlama verməmək və maska taxmamaqla bağlı həkimlərə xəbərdarlıq edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Uhan xəstəxanasında işləyən həkim BBC-nin “54 Gün” adlı sənədli filmində bildirib.

 

Qeyd edilir ki, Çində virus müəyyən ediləndən 52 gün sonra Uhana gediş-gəliş bağlanıb. Çinin koronavirusla bağlı xəbərləri ört-basdır etməsi şübhələri artırır. Adı gizli saxlanan həkim təxminən bir il əvvəlki hadisələri xatırlayaraq tənəffüs xəstəlikləri şöbəsinin 10 yanvar 2020-ci il tarixində dolu olduğunu deyir:

 

“Hər şey nəzarətdən çıxmışdı, təlaşa düşmüşdük”.

 

Onun sözlərinə görə, virusun yoluxucu olduğunu hamı bilirdi:

 

“Nə qədər axmaq olasan ki, bunu anlamayasan. Bu vəziyyət bizi çox təəccübləndirdi və əsəbiləşdirirdi”.

 

Bir neçə həftə ərzində yüzlərlə, bəlkə də minlərlə şübhəli yoluxmaların olduğunu deyən həkim o zamana qədər yalnız 41 yoluxmanın bildirildiyini qeyd edib.

 

Amerikalı virusoloq Lan Lipkin deyib ki, virus haqqında şayiələr gəzməyə başladığı üçün ilin əvvəlində Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Corc Qao ilə danışıb. Qao isə ona deyib ki, onun özündə də virus aşkar ediblər, amma çox yoluxucu deyil.

 

Qeyd edək ki, təxminən 1,5 milyard əhalisi olan Çində bu zamana qədər 89 272 nəfərdə koronavirus aşkarlanıb, 4 636 nəfər bu virusdan ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır