Mütəxəssislər virusu məhv edən maskalar hazırladı
20.01.2021 22:39

Sürix Tətbiqi Elmlər Ali Məktəbinin tədqiqatçıları İsveçrənin "Osmotex" şirkəti ilə birlikdə virusları məhv edə bilən və təkrar istifadəyə yararlı maska hazırlayıblar.

 

Aztibb.az xəbər verir ki, tədqiqatçılar bu maskaları koronavirusa qarşı da uğurla sınaqdan keçiriblər. Alimlər maskanın funksiyasını izah edərkən bildiriblər ki, maska quruluşuna görə sendviç ilə müqayisə edilə bilər. Xüsusi tekstildən hazırlanmış maskanın içərisində izolyasiyalı membran təbəqəsi mövcuddur. Həmin membran təbəqəyə kiçik batareyadan aşağı voltlu elekrik gərginliyi ötürülür. Bu zaman meydana gələn reaktiv oksigen molekulları viruslarla təmasa girir və bir neçə dəqiqə içərisində virusları zərərsizləşdirir. Həmçinin bildirilib ki, maska virusların elektro-kimyəvi yolla sıradan çıxarılması ilə yanaşı, filtr funksiyası və virus hüceyrələrini passiv şəkildə zərərsizləşdirilməsinə xidmət edən ayrıca təbəqə ilə təmin olunub.

 

"MS2" bakteriofaqı adlanan viruslarla aparılan testlər zamanı alimlər elektro-kimyəvi tekstillərin 99 faizdən yuxarı olan antiviral təsirini müəyyən ediblər. Ona görə də bu maskanın SARS-CoV-2 virusuna qarşı tətbiqi tövsiyə olunub və yaz aylarında maska 25 İsveçrə franka satışa çıxarılacaq.

 

İndiyədək antiviral tekstil üçün sertifikatlaşma həyata keçirilmədiyinə görə alimlər bu material üçün standartlaşdırılmış patent sistemi üzərində iş aparırlar. Əgər bu materialın səmərəliliyi özünü doğruldarsa, gələcəkdə bu texnologiyanın ictimai nəqliyyatda oturacaqlar və qapı dəstəkləri üçün örtüklərin hazırlanmasında, eləcə də viruslarla təmasın məhdudlaşdırılmasının tələb olunduğu digər sahələrdə tətbiqi mümkün ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır