Alimlərdən COVID-19-un beynin funksiyasını pozması ilə bağlı XƏBƏRDARLIQ
11.01.2021 11:23

Xəstəxanaların intensiv terapiya bölməsində koronavirusdan müalicə edilən pasiyentlər digər respirator xəstəliklərin pasiyentləri ilə müqayisədə daha çox beynin funksiyasının pozulmasından əzab çəkirlər.

 

Aztibb.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu nəticəyə İspaniya həkimləri və Vanderbilt Universitetinin alimləri gəliblər. Onların birgə tədqiqatının nəticələri “EurekAlert” portalında dərc olunub.

 

Mütəxəssislər müəyyən ediblər ki, beynin funksiyalarının pozulmasının təzahürləri fikri cəmləyə bilməməkdə, həmçinin şüurun itməsində ortaya çıxa bilər.

 

Alimlər bu əlamətləri COVID-19-u ağır formada keçirən və intensiv terapiya bölməsində müalicə olunan 2 mindən çox xəstədə tədqiq etməyə qərar veriblər.

 

Müəyyən edilib ki, pasiyentlər orta hesabla 12 gün belə vəziyyətdən əziyyət çəkirlər. Onların təxminən 82%-i 10 gün koma vəziyyətində olub, pasiyentlərin yarısında koma vəziyyəti 3 gün davam edib.

 

"Bu göstəricilər intensiv terapiya bölmələrinin xəstələri arasında iki dəfə çoxdur", - tədqiqatçı Brenda Pan qeyd edib.

 

O, izah edib ki, tədqiqatın iştirakçılarının 88%-i süni nəfəs aparatlarına qoşulublar. Doğmaları, dostları ilə danışmağa müvəffəq olan xəstələrdə beynin funksiyasının pozulması riski demək olar, üçdə birə enib.

 

Alimlər güman edirlər ki, koronavirus pasiyentlərində beynin funksiyasının pozulması inkişaf edib. Onların sözlərinə görə, infeksiya son dərəcə təhlükəlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır