Azərbaycanlı alim xərçəng xəstəliklərinin tədqiqində uğurlu nəticələrinə görə mükafata layiq görülüb
05.01.2021 15:34

Almaniyanın Heydelberq Universiteti Xəstəxanasının Tətbiqi biologiya kafedrasında elmi tədqiqatlar aparan azərbaycanlı tədqiqatçı Aysel Əhədova xərçəng xəstəliklərinin tədqiqi sahəsində uğurlu nəticələrinə görə 2020-ci il üzrə Anita və Fridrix Roytner mükafatına layiq görülüb.

 

10 min avro təşkil edən mükafat Almaniyanın Heydelberq Universitetinin fəxri senatoru, professor Fridrix Roytner və həyat yoldaşı Anita Roytner tərəfindən təsis olunub. Mükafat universitetin Tibb fakültəsinin gənc alimlərinə klinik cəhətdən əhəmiyyətli tədqiqat layihələrinə görə təqdim olunur.

 

Xatırladaq ki, Aysel Əhədova 2011-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2015-ci illərdə Heydelberq Universitetinin Tibb fakültəsində doktorantura (PhD) təhsili alıb, professor Knebel Deberitsin rəhbərliyi ilə doktorluq dissertasiyası üzərində işləyib. Aysel Əhədova fəlsəfə doktoru kimi mikrosputnik qeyri-sabit xərçəngin öyrənilməsi üzrə bir neçə layihədə iştirak edib və xərçəng hüceyrələrində qlükoza metabolizminə yönəlmiş yeni dərmanların, dərman kombinasiyalarının identifikasiyası üzrə tədqiqatlar aparıb.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır