Göygöldə Psixonevroloji Sosial Xidmət Müəssisəsi istifadəyə verildi 
24.12.2020 19:31

Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində növbəti addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi (Göygöl rayonu) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Göygöl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev iştirak ediblər.

 

Tədbirdən əvvəl S.Babayev və T.Əliyev ümummilli lider Heydər Əliyevin Göygöl rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

S.Babayev Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarına göstərilən xüsusi qayğı nəticəsində həmin qruplardan olan insanların reabilitasiya və sosial xidmətlərlə təmin olunmaq, cəmiyyətə inteqrasiya imkanlarının da artdığını vurğulayıb. O, sosial xidmətlərin əhatə dairəsinin son illərdə xeyli genişləndiyini, çoxspektrli sosial xidmətlər sisteminin qurulduğunu deyib.

 

Nazir reabilitasiya mərkəzləri kimi, 1000-dək vətəndaşın stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunduğu sosial xidmət müəssisələrinin də müasir tələblərə uyğun qurulması işlərinin aparıldığını bildirib.

 

S.Babayev qeyd edib ki, ötən il Nazirliyin Yevlax, Naftalan şəhərlərində Reabilitasiya Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə isə Lənkəran, Xaçmaz, Şirvan və Şəki Reabilitasiya Mərkəzlərinin müasir tələblərə uyğun qurularaq istifadəyə verilməsi təmin olunub.


Bu gün isə daha bir müəssisə - 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi açılır. 116 nəfər üçün nəzərdə tutulan müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası müasir şərait yaradılıb.

 

Nazir yaxın vaxtlarda Sumqayıt Reabilitasiya Müəssisəsinin, Şağan Müalicə Pansionatının, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Həmçinin Şəmkir və Qəbələ şəhərlərində 50 çarpayılıq Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinin davam etdiyini diqqətə çatdırıb.

 

S.Babayev sosial infrastrukturun müasir tələblərə uyğun qurulması ilə yanaşı, sosial xidmətlərin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin də aparıldığını qeyd edib. Bildirib ki, əsas məqsəd hədəf qrupları olan insanların həyatında bu xidmətlərin daha təsirli və effektiv rola malik olmasını təmin etməkdir.

 

T.Əliyev rayonda belə bir müasir sosial müəssisənin açılmasının dövlət başçısının sosial sahəyə və eyni zamanda, regionların inkişafına xüsusi diqqət və qayğısının növbəti ifadəsi olduğunu vurğulayıb.

 

Sonra Psixonevroloji Sosial Xidmət Müəssisəsində yaradılan şəraitə baxış olub.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib