Mutasiyaya uğramış virusun adı bəlli oldu
21.12.2020 00:16

İngiltərə səhiyyə institutları tərəfindən virusa B.1.1.7 SARS-CoV-2 adı verilib və 70% daha çox yoluxucu ola bilər.

 

Aztibb.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

 

O, xəstəliyin klinikliyini, risk qruplarını və şiddətini dəyişib-dəyişməyəcəyi ilə bağlı məlumatın olmadığını bildirib.

 

Böyük Britaniyanın səhiyyə naziri Mett Hankok da mutasiyaya uğramış virusun peyvəndlər vurulana qədər nəzarət altına alınmasının çətin olacağını vurğulayıb.

 

Nazir hər kəsin COVID-19 yeni başlayırmış kimi tədbirli davranmalı olduğunu qeyd edib:

 

"Tədbirli olmadıqca yeni mutasiya növünü nəzarət altına ala bilmərik. Məhdudiyyətləri qarşıdakı bir neçə ayda da davam etdirməyi planlaşdırırıq”.

 

Qeyd edək ki,  Niderland, Fransa, İtaliyadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya, Estoniya da Böyük Britaniya ilə gediş-gəlişi dayandırıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır