Türkiyədə yaşayan həmvətənimizə Azərbaycanda vəzifə verildi
30.07.2020 18:22

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə 30 ildən çox müddətdə xaricdə yaşayan tibb elmləri doktoru, professor Adil Allahverdiyev V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor təyin edilib.

 

Aztibb.az xəbər verir ki, Adil Allahverdiyev ilk dəfə olaraq Qlükoza-6-fosfatdehidrogenaza (G-6PD) fermentinin çatışmazlığı olan şəxslərdə istifadə edilən dərman preparatlarına qarşı həssaslığı in vitro təyin etmək üçün yeni metod işləyib hazırlamaqla problemin həll olunmasında önəmli rol oynayıb.

 

Onun tədqiqatlarında ilk dəfə olaraq eyni zamanda malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edilib ki, bunun da böyük epidemioloji və müalicəvi əhəmiyyəti vardır.

 

Professor dünyada ilk dəfə leyşmaniozun dəri formasının və insan üçün təhlükəli olan visseral formasının diaqnostikasında yeni mikrokultura metodunu işləyib hazırlayıb. Hazırda mikrokultura metodu dünyanın müxtəlif ölkələrində (ABŞ, Çin, İspaniya, İsveç, Yunanıstan, İndoneziya, Azərbaycan və s.) uğurla tətbiq edilir.

 

2006-cı ildə A.Allahverdiyev Yıldız Texniki Universitetinin Biomühəndislik kafedrasına (İstanbul) dəvət edilərək, burada kafedranın qurucularından biri, Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının isə qurucusu və rəhbəri olaraq fəaliyyətini davam etdirib. O, çox sayda beynəlxalq mükafatlara layiq görülüb. Bundan əlavə, Türkiyədə yaşadığı illərdə diaspora fəaliyyəti ilə də məşğul olub.

 

Qeyd edək ki, bu gün A.Allahverdiyev kollektivə təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır