COVID-19 xəstələrində iy və dadbilməni bərpa etmək üçün mühüm TÖVSİYƏLƏR
18.12.2020 11:11

“COVID-19 keçirib sağalmış, lakin iy və dad hissiyyatı uzun müddət bərpa olunmayan pasiyentlərə insult dərmanlarının yazılması düzgün deyil”.

 

İy və dadbilmənin itməsinə əsasən gənc qadınlarda rast gəlinir.

 

Bu barədə "Facebook" sosial şəbəkəsində həkim-reanimatoloq Şahin Məmmədov COVID-19 xəstələrində iybilmə və dadbilmənin itməsi ilə əlaqədar paylaşımında məlumat verib.

 

Həkim bildirib ki, iy və dadbilmənin itməsinə əsasən, gənc qızlarda, qadınlarda rast gəlinir, adətən 2 həftəyə öz-özünə düzəlir. Bu nevroloji pozulma geridönəndir, bəzilərində bərpa prosesi çox vaxt ala bilər.

 

Bərpanı sürətləndirmək üçün aşağıda qeyd olunanlar fayda verə bilər:

 

- intranazal vitamin A neyrogenezi stimulyasiya edir;

- limon suyunu damcı kimi buruna tökmək mümkündür;

- daxilə Omega-3 qəbul etmək olar ki bu da neyroregenerasiyanı sürətləndirir, iltihab əleyhinə effektlidir.

 

Qoxu siniri bədənimizdə yeganə sinirdir ki bölünə bilir, regenerasiyası sürətlidir. 

 

Həkim qeyd olunan dərmanların effektivliyinin müəyyən tədqiqatlarda təsdiqləndiyini, lakin hələ də bu mövzuda geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıb.

 

“Bundan əlavə, iybilmə və dadbilmənin bərpası istiqamətində 3 müxtəlif ətri, hərəsini 20 saniyə olmaqla gündə 2 dəfə iyləməklə məşq etmək tövsiyə edilir” - deyə, həkim əlavə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır