Vətən Müharibəsinin zəfərlə başa çatmasında fədakar həkimlərimzin xüsusi payı var
11.12.2020 14:59
“Mərkəzə bir gündə 150-180 arası kəllə-beyin travması, qarın boşluğu, ətraflar, döş qəfəsinin odlu silah yarası ilə yaralı daxil olurdu”.
Bunu Azərbaycan Tibb Universitetinin III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov deyib.
O, bildirib ki, sentyabrın 27-də Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov müharibənin başlaması ilə əlaqədar olaraq cəbhə bölgəsinə təcili həkim briqadasının göndərilməsinin vacibliyini diqqətə çatdırdı:
“Tez bir zamanda 14 nəfərdən ibarət müxtəlif mütəxəssislərdən ibarət həkim briqadası təşkil olundu. Universitetimizin rektoru, professor Gəray Gəraybəylinin xeyir-duası ilə cəbhə bölgəsinə yollandıq. İşimizə Füzulidə fəaliyyət götərən Diaqnostika Mərkəzində başladıq. Mərkəzə bir gündə 150-180 arası kəllə-beyin travması, qarın boşluğu, ətraflar, döş qəfəsinin odlu silah yarası ilə yaralı daxil olurdu. Onların əksəriyyəti qranatamyot, minamyotla vurulanlar və minaya düşənlər idi”.
Professor F.Camalov qısa müddətdə Diaqnostika Mərkəzində çeşidləmə işlərinin aparılmasından, yaralılara yerindəcə təcili, təxirəsalınmaz və məqsədyönlü yardımın təşkil olunmasından da söhbət açıb: “Diaqnostika Mərkəzinin girişində çeşidləmə etdik, orada hətta ehtiyac duyulan ağır yaralılar intubasiya olunurdu. Yarası işlənməsi və sarğı tələb edən yaralılar üçün 17 sarğı stolu hazırlandı və əməliyyatxana, UZM təşkil olundu. Yaralılara yüksək səviyyədə lazımi tibbi yardım göstərildi.”
F.Camalov yüngül yaralıların çeşidlənərək döyüş bölgəsindən arxada təşkil edilən tibbi müəssisədə müalicə olunması təklifini irəli sürdüyünü və onun bu təklifinin razılıqla qarşılandığını da qeyd edib. Bildirib ki, onun təşəbbüsü ilə Əhmədbəylidə yüngül yaralıların müalicə olunması üçün tibbi müəssisə yaradıldı. Təcili tibbi yardım maşınları kifayət etmədiyindən oturaq yaralılar “Mercedes” markalı avtomobillər ilə evakuasiya olundular: “Biz Horadizdə də olduq. Düzdür, orada normal şərait olmasa da, yaralılara tibbi yardım göstərə bildik. Orada olduğumuz 17 gün ərzində briqadamız tərəfindən 1200-dən çox yaralıya yüksək səviyyədə müxtəlif tibbi yardım göstərildi. Briqadamızın hər bir üzvü - Qənimət Bəylərov, Samir Aslanbəyli, Seymur Abbasov, Elman Tağıyev, Elçin Mirzəyev, Zahid Zahidov, Toğrul Məhərrəmov, Elşən Ağayev, Mehman Əliyev, Natiq Əliyev, Cavid Musazadə, Vidadi Həsənov, Rasim Nəsibov hər biri ayrı-ayrılıqda fədakarlıq göstərərək, yorulmadan yaralıların xidmətində dayandılar.”
Professor cəbhə bölgəsində müalicə etdiyi yaralılardan bəzilərinin sonralar Tibb Universitrtinin Cərrahiyyə Klinikasında yerləşdirilərək müalicə olunduğunu da bildirib. Onlara yüksək səviyyədə tibbi xidmət göstərildiyin də diqqətimizə çatdırıb. Fransadan gələn cərrah heyəti ilə klinikada bir neçə rekonstruktiv əməliyyatların edildiyini də qeyd etdi: “Mən özüm həm də I Qarabağ müharibəsi veteranı olmuşam. İstər I Qarabağ, istər II Qarabağ müharibəsi zamanı göstərdiyim xidmətlərim ilə bir həkim, bir vətəndaş kimi az da olsa Vətən qarşısında borcumu yerinə yetirə bilmişəmsə, özümü xoşbəxt hiss edirəm. Qeyd edək ki, professor F.Camalovun fəaliyyəti təkcə Vətən Müharibəsində yaralananlara tibbi yardım göstərməklə məhdudlaşmayıb, o, müxtəlif ölkələrdə zəlzələdən ziyan çəkənlərə də könüllü yardım göstərib.
Bu bölməyə aid digər xəbərlər
Bu gün Beynəlxalq Qadınlar Günüdür
08.03.2025 | 08:57
İranda matəm elan edildi
20.05.2024 | 11:41
Səhhətindəki problemə görə Gömrük Hospitalına yerləşdirilən Xalq yazıçısı Çingiz Abdullayevin durumu sabitləşib
13.04.2024 | 10:52
“Medinex” və “Beauty Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
05.11.2023 | 12:51
“Medinex” sərgisində tibb sahəsində yeni məhsullar və texnologiyalar geniş şəkildə ictimaiyyətə təqdim olunur
02.11.2023 | 15:02
Minaya düşən DİN-in hərbi qulluqçusu ayağından xəsarət alıb
06.10.2023 | 09:00
Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anırıq
27.09.2023 | 12:15
15 may dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15.05.2023 | 11:06
Tibb elminə təmənnasız xidmət, örnək həkim amalı
28.04.2023 | 11:45
"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
06.05.2022 | 16:08
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

