Yaponiyada koronavirusa yoluxma yenidən artmağa başlayıb
29.07.2020 16:49

Yaponiya hökuməti işçilər arasında koronavirusun artması səbəbilə ölkədə fəaliyyət göstərən bütün şirkətlərdən onlayn iş rejimi nisbətinin 70-80 faizə qaldırılmasını tələb edib.

 

Aztibb.az nhk.or.jp resursuna istinadən bildirir ki, Yaponiyanın İqtisadiyyat naziri Yasutoşi Nişimura hökumətin şirkətləri onlayn iş rejimini artırmağa və digər sosial məsafə tədbirlərini həyata keçirməyə təşviq edəcəyini deyib.

 

O, bildirib ki, Yaponiyada məsafədən iş nisbəti təxminən 30 faizə enib. Nazir, həmçinin şirkətləri fasiləsiz növbələr tətbiq etməyə və işdən sonrakı iş yeməklərini ləğv etməyə çağırıb.

 

Qeyd edək ki, Yaponiyada işdən sonra bar və restoranlara gedən 40-50 yaş qruplarında infeksiyaya daha sıx təsadüf edilir. Mütəxəssislər yoluxmanın bu yaş həddindəki insanlar arasında sıx aşkar­lanmasından ciddi narahatdırlar. Digər tərəfdən, Tokio və digər böyük şəhərlərdə yeni yoluxma hallarının artması epidemi­yanın ikinci dalğasının yaranması ilə bağlı narahatlıqları artırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır