Sərtləşdirilmiş karantin dövründə sahibkarlara dəstəyin artırılması gözlənilir
10.12.2020 14:48

Pandemiya dövründə iqtisadi, sosial və digər sahələrə dəstək məqsədilə 2,5 milyard dollarlıq paket təsdiq olunub. İqtisadi paketə əsasən, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başlanılıb.

 

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Deputat qeyd edib ki, güzəştli kreditlər üçün 500 milyon manatlıq kredit portfeli təklif olunub. Həmin kreditlər yeni mexanizmlə verilir. Belə ki, artıq elektron kredit portalı yaradılıb. Orada sahibkarlar bankları seçib kreditə müraciət etmək imkanı qazanıb. Pandemiya dövründə və xüsusən karantin rejimində onlayn formada müraciət imkanı sayəsində banka və ya hansısa dövlət qurumuna getməyə ehtiyac qalmır. Elektron portal həm də şəffaflığı təmin edir. Atılan mühüm addımlardan biri də odur ki, 2020-ci il martın 10-dək götürülən kreditlərə dövlət tərəfindən subsidiyalar tətbiq edilib. Bu o deməkdir ki, biznes kreditlərinin 10 faizi dövlət tərəfindən ödənilir. Məsələn, sahibkar 14 faizlə kredit götürübsə, onun 10 faizini dövlət subsidiya edir. Hazırda təxminən 1 milyard manatlıq kredit portfelinə 10 faizlik subsidiya tətbiq olunur.

 

O deyib ki, pandemiya dövründə sahibkarlar üçün girov mexanizmi də təkmilləşdirilib. Bölgələrdə fəaliyyət göstərən sahibkarlar kreditə müraciət edərkən onlardan çox vaxt paytaxtda girov tələb olunurdu. Etiraf etmək lazımdır ki, rayonda və ya kənd yerlərində fəaliyyət göstərən sahibkarların, xüsusən kiçik və orta sahibkarların Bakıda əmlakları yoxdur. Sahibkarlığın İnkişafı Fondu tərəfindən təklif olunan kreditlərdə bu sistem dəyişdirilib. Kreditlər əsasən innovativ texnologiyanın alınması üçün götürülür, elə həmin məhsul artıq özü girov kimi çıxış edə bilir. Kredit götürənin aldığı məhsul girov olaraq rəsmiləşir və başqa yerdə əmlaka sahib olubsa, onu girov kimi təqdim etməyə ehtiyac qalmır. Artıq bu sahədə də 700 milyon manatlıq sifariş verilib. Sahibkarların böyük marağını müşahidə edirik.

 

“Yenidən sərtləşdirilmiş karantin dövründə iqtisadi paket çərçivəsində sahibkarlara dəstəyin artırılması gözlənilir. İqtisadi paket sahibkarlara iki istiqamətdə birbaşa dəstək göstərir. Bunlardan biri fərdi və mikro sahibkarlara maliyyə yardımının həyata keçirilməsidir. Yardım çərçivəsində fərdi və mikro sahibkarlara 250 manatdan 5000 manatadək yardım göstərildi. Eyni zamanda, muzdlu əməkhaqqı müqaviləsi olan özəl sektor sahibkarları üçün də işçilərin əməkhaqlarının tam və ya qismən kompensasiyası həyata keçirilib. Sərt karantin tətbiq olunduğuna görə hazırda yenidən eyni dəstək müzakirə olunur. İqtisadi paket çərçivəsində dəstəyin artırılması və gücləndirilməsi nəzərdə tutulur. Növbəti ildə də pandemiyanın təsirlərinin qalacağı güman olunur və belə olan halda eyni tədbirlər növbəti ildə də nəzərdə tutulacaq”, - deyə V.Bayramov diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır