İmmuniteti gücləndirmək üçün nə etməli? - Dietoloqdan TÖVSİYƏLƏR
03.12.2020 12:37

Bu gün hamı virusa yoluxmamaq üçün yollar axtarır. Hər kəs orqanizmi-immuniteti gücləndirməyə, tədbirlər görməyə çalışır. Bu yöndə mütəxəssislərin fikirləri daha önəmlidir. Ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq Vəfa Paşazadə bununla bağlı tövsiyələrini açıqlayıb:

 

Virus ilə yoluxma riskini azaltmaq üçün immun sistemimizi qorumağımız vacibdir. Yaxşı, bu müdafiəni yüksək səviyyədə saxlamaq üçün nə etməliyik? ⁣

 

Kifayət qədər yuxu: keyfiyyətsiz yuxu bütün infeksion xəstəliklərin riskini artırır. 5 saatdan az yuxu müddəti viral infeksiyalar riskini artırır. Yetərli yuxu isə melatonin səviyyəsini artıraraq virusun təsirini azaldır. ⁣

Stress: stress immunitet sistemini əhəmiyyətli dərəcədə zəiflədir və iltihaba səbəb olan interlockin-6 kimi sitokinlərin artmasına səbəb olur. ⁣⁣

Sink: koronavirusun hüceyrəyə girməsinin qarşısını alaraq, xəstəliyə səbəb olan təsiri azaldır. Gündəlik 15-30 mq doza qəbul etmək yuxarı tənəffüs yollarının qorunmasında təsirli olur.

Meyvə və Tərəvəz: tərkibindəki flavonoidlər sayəsində iltihabı azaltmağa kömək edir.⁣

C vitamini: kliniki tədqiqatlarda sətəlcəmin tezliyini, müddətini və şiddətini azaltdığı göstərilmişdir. Gündəlik 1000-2000 mq aralığında tövsiyə olunur.

Sambucus Nigra: (Qara kəndəlaş-red. (Türkiyə türkcəsində kara mürver)) Koronavirusun orqanizmdə çoxalmasının qarşısını alır. Erkən mərhələdə qəbul edildikdə, profilaktik təsiri daha çoxdur.

⁣D vitamini: gündəlik 800-1000 IU dozada yuxarı tənəffüs yolu infeksiyalarından qoruduğu göstərilmişdir. D vitamini qanda səviyyəsini 40-60 ng/ml-dən yüksək tutmaq vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər