BMT-də "Sputnik V" koronavirus əleyhinə Rusiya vaksininin təqdimatı keçirilib
03.12.2020 12:33

Rusiyanın səlahiyyətli orqanları “Sputnik V” koronavirus əleyhinə vaksininin istehsalını həm ölkə daxilində, həm də dünya miqyasında genişləndirməyi planlaşdırırlar. Preparatın klinik sınaqları sona çatmaq üzrədir, hazırda o, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısının birinci yerlərindədir. 

 

Bu barədə Rusiya peyvəndinin BMT-də keçirilən virtual təqdimatında Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko bildirib.

 

“Qeydiyyat sonrası klinik sınaqlara 2020-ci il avqustun 25-də başlanılıb. Sınaqlarda 40 mindən çox insan iştirak edib. Klinik sınaqlar Rusiya, Belarus, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Venesuelada aparılır. Həmçinin Braziliya və digər ölkələrdə sınaqlarla bağlı danışıqlar aparılır”, - deyə nazir söyləyib.

 

O, qeyd edib ki, alınan məlumatlar peyvəndin anticisimlərin və hüceyrələrin güclü immun cavabına səbəb olduğunu göstərib. Rusiyada artıq risk qrupuna aid olan vətəndaşların immunizasiyasını həyata keçirməyə başlanılıb, deyə Muraşko vurğulayıb. Artıq 100 mindən çox insan peyvənd olunub.

 

Rusiya KİV-də bu ölkədə COVID-19-a qarşı kütləvi peyvəndləmənin gələn həftə başlanacağı barədə məlumatlar yayılıb. Çərşənbə günü Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır