ÜST: son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb
28.07.2020 13:11

COVID-19 koronavirusa yoluxma hallarının sayı sürətlə artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb. ÜST-ə daxil olmuş məlumatlara görə, bu günə qədər yoluxanların sayı 16 milyona yaxındır, koronavirusa yoluxmuş 640 mindən çox xəstə isə dünyasını dəyişib.

 

Aztibb.az BMT saytına istinadla xəbər verir ki, bununla belə, ÜST ekspertləri pandemiyaya qalib gəlməyin mümkün olmasına əmindirlər.

 

Lakin ümumi mənzərə mürəkkəbdir: bəzi yerlərdə virus çox aqressiv şəkildə yayılır, digər yerlərdə yeni yoluxma hallarının sayı aşağıdır, epidemiyaya qalib gəlməsi güman edilən bəzi ölkələrdə isə, yeni yoluxma ocaqları yaranır. Brifinqin iştirakçıları vurğulayıblar ki, zəruri nəzarət tədbirləri görülən yerlərdə virusa qalib gəlmək mümkün olub, belə tədbirlər ləğv edilən yerlərdə isə virus geri qayıdıb.

 

ÜST-ün texniki eksperti Mariya Van Kerkhovenin sözlərinə görə, virusun baş qaldırmasına imkan yaranan kimi yeni yoluxma ocaqları əmələ gəlir.  O, deyib: “Aydındır ki, heç bir ölkə yenidən karantinə qayıtmaq istəmir, çünki karantinin iqtisadi nəticələri çox böyükdür. Lakin virusun necə yayılmasını və bu xəstəliyin təhlükəlilik dərəcəsini anlasaq, nöqtəvi cavab tədbirləri görə bilərik”.

 

Sərhədlərin bağlanmasının səmərəliliyi barədə sualı cavablandıran ÜST-ün fövqəladə hallar üzrə icraçı direktoru Mayk Rayan vurğulayıb ki, insanların yerdəyişməsinin məhdudlaşdırılması səmərəli tədbir deyil. Bu gün virus hər yerdə var və fürsət düşən kimi yayılacaq. Aydındır ki, bir neçə ay ərzində çox böyük səylər bahasına virusun yayılmasını azaltmağa nail ola bilmiş ölkələr narahatdırlar: insanlar virusun fəal yayıldığı yerlərdən bu ölkələrə gələndə bütün əvvəlki uğurlar heçə enəcək.

 

O, həmçinin vurğulayıb ki, dövlətlər öz sərhədlərini daim bağlı saxlaya bilməzlər. İndi əsas məsələ mallar və insanlarla birlikdə virusun da bir ölkədən digərinə keçməsi ehtimalını minimuma endirməkdir. Doktor Rayan deyib: “Biz hesab edirik ki, beynəlxalq səyahətlər və daşımalarla bağlı riskləri hesablamaq və minimuma endirmək mümkündür, lakin bu barədə dövlətlər özləri razılığa gəlməlidirlər”.

 

ÜST-ün baş direktoru doktor Tedros Adhanom Qebreyesus xatırladıb ki, təqribən altı ay bundan əvvəl COVID-19-un yayılması beynəlxalq miqyaslı fövqəladə hadisə elan edilmişdi. O vaxt Çinin hüdudlarından kənarda cəmi 100 nəfər yoluxmuşdu və heç bir ölüm hadisəsi qeydə alınmamışdı. Bu gün isə, təqribən 16 milyon nəfər yoluxub və 640 mindən çox insan vəfat edib.

 

“Ətrafdakı insanlarla məsafə saxlayın, əllərinizi tez-tez yuyun, insanların çox toplaşdığı yerlərə və qapalı məkanlara getməməyə çalışın, tələb olunan yerlərdə maska taxın”, - deyə doktor Tedros bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır