“Əsas məsələ insanların sağlamlığı, onların həyatıdır”
03.12.2020 10:19
Koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirləri dünyanın hər yerində davam etdirilməkdədir. Amma bu virusun yayılması nəinki səngimək bilmir, əksinə, artmaqda davam edir. Azərbaycanda həyata keçirilən ardıcıl və düşünülmüş tədbirlər pandemiyanın əvvəllərində onun qarşısını qismən almışdı. Payız-qış mövsümünün gəlməsi ilə infeksiya artmağa başladı və artıq bunun qarşısını almaq xeyli çətinləşib. Bəs bunun səbəbi nədir və biz özümüzü, doğmalarımızı qorumaq üçün daha nələri etməliyik?
Aztibb.az bu məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanovanın məqaləsini təqdim edir:
"Hazırda koronavirus əleyhinə vaksin tapılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunmaqdadır. Son günlərdə Azərbaycanda da COVID-19 infeksiyasının sürətlə yayılması hər birimizi narahat edir. Belə ki, yoluxmaların sayı 4200-ü, ölənlərin sayı isə 40-ı keçib. Bunun bir çox səbəbləri vardır. Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir. Amma gəlin baxaq, bu mühüm qaydaya necə riayət edilir?
Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxardırlar. Bununla da virusun yayılmasına rəvac verirlər. İnfeksiyanın yayılma səbəblərindən biri insanlar arasında virusa inanmamaq, virusun onlara dəyməyəcəyinə arxayınlaşma yaranmasıdır.
Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizədən qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər. Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb. Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır.
Zərurət olmadıqda evdən çıxmamalıdırlar. Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafındakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar vardır. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır...
Xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır. İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşmür. Mütəxəssislər hələ pandemiyanın uzun müddət davam edəcəyini vurğulayırlar. Bu məqamda insanlar tələb edilən qaydalara riayət etməlidirlər. Və unutmamalıdırlar ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır".
Bu bölməyə aid digər xəbərlər
İnsanlar üçün ən təhlükəli H7N9 ştamı ABŞ-da 2017-ci ildən bəri ilk dəfə aşkar edilib
19.03.2025 | 11:25
Alimlər koronavirusun dinamikasının yeni modelini hazırlayıblar
30.03.2023 | 15:15
Ölümcül göbələk infeksiyası halları kəskin artır
21.03.2023 | 10:37
"Pfizer" peyvəndi kişilərdə sonsuzluğa səbəb ola bilər - AÇIQLAMA
19.03.2023 | 10:52
Tədqiqat: COVID xəstələrinin 59%-də orqan zədələnməsi görülüb
17.02.2023 | 09:41
İnfluenza 10 günə qədər yoluxucudur. Xəstəlik irəliləyərsə...
28.01.2023 | 17:08
Həkim-pulmonoloq: "Kraken" nə qədər təhlükəlidir?
23.01.2023 | 11:51
Son 20 ildə uşaqlar 46% daha çox antibiotik qəbul edib - Araşdırma
11.01.2023 | 21:46
Koronavirusun “Omikron” və ya digər ştamları necə müəyyən olunur? - Açıqlama
17.02.2022 | 14:43
Uşaqda COVID-19 testi mənfi olub, lakin bu əlamətlər varsa... - Valideynlərin DİQQƏTİNƏ!
03.01.2022 | 12:08
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
05.09.2026 | 08:46
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
04.09.2026 | 11:42
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
03.09.2026 | 14:18
Anestezioloq-reanimatoloq Emil Muradov - "Həkimlərimizi tanıyaq!" rubrikası
31.08.2026 | 17:25
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
01.09.2026 | 16:49
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
02.09.2026 | 13:50
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
01.09.2026 | 13:50
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
02.09.2026 | 14:44
Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib
09.09.2026 | 16:33
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
04.09.2026 | 09:51
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
02.09.2026 | 09:26
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
02.09.2026 | 10:29
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
02.09.2026 | 11:07
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
03.09.2026 | 09:00
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
03.09.2026 | 10:05

