Avropada koronavirusa qarşı peyvəndin istehsalına başlanılacaq - Sentyabrda
27.07.2020 19:40

Avropada koronavirus əleyhinə vaksinin istehsalına sentyabr ayında başlanılacağı elan edilib.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, bunu İtaliyanın “Irbm” biotexnologiya şirkətinin rəhbəri Pyero Di Lorenso deyib.

 

Britaniyalı və italiyalı mütəxəssislər, əsasən “AstraZeneca” əczaçılıq şirkətinin və Oksford Universitetinin alimləri, həmçinin “Irbm” şirkətinin molekulyar biotexnologiya sahəsi üzrə mütəxəssisləri "ChAdOx1" adlı preparat üzərində çalışır.

 

“Vaksin artıq mindən çox pasiyent üzərində sınaqdan keçirilib. Hazırda çalışmaların 3-cü mərhələsindəyik və on minlərlə insan üzərində sınaqlar keçiririk. İşlər yolunda gedərsə, sentyabrın sonlarına qədər vaksin stehsal oluna bilər”, - deyə P. Lorenso müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, preparat, ilk növbədə risk qrupunda olan insanlara veriləcək. Proqnozlara əsasən, ilk vaksin dozaları 2-3 avroya satışa çıxarılacaq. Avropada preparatın paylanması İtaliya, Niderland, Fransa və Almaniyadan başlayacaq. Buna baxmayaraq, peyvəndləmə sürətlə yayılacaq və il ərzində dünya təhlükəli infeksiyadan xilas olacaq.

 

İtaliyalı mütəxəssislər eyni zamanda COVID-19 əleyhinə bir neçə vaksin üzərində çalışır. Aprel ayında vaksinin hazırlanması tempinin sürətləndirilməsi məqsədilə “ReiThera” (İtaliya), “Leukocare” (Almaniya) və “Univercells” (Belçika) biotexnologiya şirkətləri arasında strateji əməkdaşlığın başladığı elan olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır