Postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlanıldı
25.11.2020 18:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, 44 günlük müharibə dövründə Agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Terror qurbanı olmuş şəxslərin ailələrinin sosial vəziyyətlərinin qiymətləndirilməsi, onlara göstəriləcək sosial dəstək tədbirlərinin müəyyənləşdirilməsi işləri də aparılıb.

 

Postmüharibə dövrü üçün psixoloji dəstək tədbirləri çərçivəsində həmin işlər davam etdirilməklə, eyni zamanda şəhid ailələrinin üzvləri, hərbi xidmət zamanı yaralanaraq evinə qayıdan şəxslər psixoloji dəstəklə əhatə edilir. Qurumda yaradılmış peşəkar psixoloq və psixiatrlarından ibarət qrup ilk mərhələdə Bakı, Sumqayıt, Yevlax, Gəncə, Bərdə, Tərtər, Şirvan, Ağcabədi, Ağdam şəhər və rayonlarında qeyd edilən kateqoriyadan olan şəxslərə xidmətlərə başlayıb.

 

Bu xidmətlərə onlar üçün psixo-maarifləndirmə işlərinin aparılması, terapiyaların, fərdi və qrup şəklində konsultasiyaların keçirilməsi və s. daxildir. Psixoloji yardıma ehtiyacı olanlar aşkarlanaraq qeydiyyata alınır, məskunlaşdıqları ərazilər üzrə psixoloqlara müvafiq bildiriş və tövsiyələr də verilir.

 

Son günlərdə isə Agentlikdə yeni bir xidmət - müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır