İşğaldan azad olunan Füzuli şəhərində bir gündə 150-dən çox uşaq müayinələrindən keçirildi – Tibbi aksiya
05.02.2024 15:31

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır.

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb. Bu tədbirlərin başlıca məqsədi işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə tövhə verməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilən ilk belə tədbir fevralın 5-də işğaldan azad olunan Füzuli şəhərində baş tutub. Nazirlik tərəfindən təşkil olunan tədbir çərçivəsində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.

Tibbi müayinə aksiyası uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi, aradan qaldırılması və profilaktik tədbirlərin hazırlanması məqsədilə keçirilib.

Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq, o cümlədən funksional diaqnostika mütəxəssisləri (USM və Exokardioqrafiya üzrə mütəxəssislər) tərəfindən kiçik və böyük yaş qrupuna aid olan uşaqların müayinəsini aparıblar. Eyni zamanda, yerində tibbi məsləhətlər verilib, profilaktik baxışlar keçirilib və müvafiq müalicə təyin edilib.

Tədbir zamanı 150-dən çox uşaq həkimlər tərəfindən ümumi müayinədən, həmçinin ultrasəs və exokardioqrafiya müayinələrindən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrinin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır