Tələbələr Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyəti ilə tanış olublar
06.10.2026 14:56

Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.

 

Bildirilib ki, tələbələr Mərkəzin laboratoriyalarında qan nümunələrinin müayinəsi prosesini müşahidə edib, “Azərbaycanda İİV/QİÇS-lə bağlı cari vəziyyət və İİV-in epidemioloji-patogenetik aspektləri” mövzusunda təqdimatı dinləyiblər.
Görüş zamanı İİV infeksiyasının ötürülmə yolları, profilaktikası, erkən diaqnostikanın əhəmiyyəti, müasir müalicə imkanları və tibb işçilərinin infeksiyadan qorunması məsələləri barədə məlumat verilib.

Tədbir interaktiv müzakirə formatında davam edib, tələbələrin sualları cavablandırılıb.

Belə görüşlər gələcək tibb mütəxəssislərinin İİV/QİÇS sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına, həmçinin pasiyentlərə düzgün yanaşma bacarıqlarının formalaşmasına töhfə verir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb