Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
29.09.2026 09:24
TƏBİB-in Könüllülük proqramı çərçivəsində Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə yekun görüş keçirilib.
 

Bu barədə Aztibb.az-a Nizami Tibb Mərkəzindən xəbər verilib.

Bildirilib ki, könüllülük fəaliyyətini başa vuran gənclərlə keçirilən görüşdə Nizami Tibb Mərkəzinin direktoru Vəfa Hüseynova iştirak edib. Görüş zamanı könüllülərlə səmimi fikir mübadiləsi aparılıb, onların fəaliyyət müddətində qazandıqları təcrübə və təəssüratları dinlənilib.
 
Vəfa Hüseynova könüllülərə fəaliyyətləri müddətində göstərdikləri təşəbbüs və dəstəyə görə təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Görüşün sonunda könüllülərə fəaliyyətlərini təsdiq edən sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib.
 
Qeyd edək ki, TƏBİB-in Könüllülük proqramı gənclərin tibb müəssisələrində praktiki təcrübə qazanmasına, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və vətəndaşlara göstərilən xidmətlərin daha səmərəli təşkilinə töhfə vermək məqsədi daşıyır.
ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub