"Azercell"in Mobil Göz Klinikası məcburi köçkünlər üçün aksiyada iştirak edib
24.11.2020 18:04

Ölkənin aparıcı mobil operatorlarından olan “Azercell Telekom”, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə məcburi köçkünlər üçün sosial aksiya həyata keçirilir.

 

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsində baş tutan aksiyada "Azercell-"in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirir. Müayinənin sonra görmə qabiliyyəti zəif olan vətəndaşlara UNHCR-in Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etmiş olduğu 1500 ədəd yüksək keyfiyyətli optik eynəklər paylanılır.

 

Qeyd etmək lazımdır ki, "Azercell" şirkətinin Mobil Göz və Mobil Diş klinikaları vasitəsi ilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar üçün mütəmadi olaraq müxtəlif xeyriyyə təşəbbüsləri və sosial məsuliyyət tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri ötən ay “Xəzər Qayğıkeşlik Layihəsi” ictimai birliyi ilə birlikdə təşkil olunmuşdu. Ümumdünya Görmə gününə təsadüf edən aksiya nəticəsində "Azercell"in Mobil Göz Klinikasında məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və sağlamlıq imkanları məhdud insanlar üçün pulsuz müayinə və müalicə təşkil olunmuşdu.

 

"Azercell"in sosial layihələri arasında xüsusi yer tutan Mobil Diş və Mobil Göz Klinikaları 2010-cu ildən etibarən səyyar şəkildə fəaliyyət göstərərək ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkün və qaçqınların ailə üzvləri, kimsəsiz uşaqlar və ahıllara təmənnasız şəkildə xidmət edir. Diş və göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılması məqsədi ilə yaradılan Mobil Klinikaların xeyriyyə işindən hər il minlərlə insan yararlanır.

 

"Azercell" şirkəti bundan sonra da əhalinin xüsusi qayğıya ehtiyacı olan həssas təbəqələri üçün müxtəlif tipli sosial təşəbbüslər həyata keçirməyi davam etmək niyyətindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır