COVID-19-a qarşı həkim təyinatı olmadan aparılan özünümüalicə bir çox fəsadlara səbəb ola bilər
24.11.2020 11:40
Bunu Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi Tural Sadıqov COVID-19 virusuna qarşı özünümüalicənin yaratdığı fəsadlar və uşaqlarda bu virusa yoluxma sayının artması barədə Space TV-nin “Hər Gün” verilişinə verdiyi müsahibə zamanı deyib. 
 
Həkim bildirib ki, bir çox COVID-19 infeksiyasına yoluxan xəstələr özlərini evdə müalicə etməyə çalışırlar. Bu xəstələrin evdə özlərini müalicə etməsi çox təhlükəlidir. Koronavirusa qarşı həkim təyinatı olmadan müxtəlif dərmanların istifadəsi bir çox fəsadlara səbəb ola bilər. Hətta xəstəliyi yüngül formada keçirən koronaviruslu xəstələr də antibiotik və digər dərman preparatlarını həkim məsləhəti ilə qəbul etməlidir. 
 
"COVID-19-dan uşaq ölümləri xüsusilə Afrika və Cənubi Asiyada ölkələrində müşahidə olunur", - deyən T.Sadıqov azyaşlılar arasında koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı valideynlərə xüsusilə diqqətli olmağı, uşaqlar bu xəstəliyi yüngül keçirir deyə arxayın olmamağı tövsiyə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib