AQTA-nın regional bölmələri tərəfindən bitki sağlamlığının və fitosanitar sabitliyin qorunması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir
20.07.2026 15:57
Ölkə ərazisində bitki sağlamlığının və fitosanitar sabitliyin qorunması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.
Bu məlumat Aztibb.az-a AQTA-dan verilib.
Bildirilib ki, “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Abşeron, Salyan, İmişli, Beyləqan, Zəngilan və Tərtər rayonlarında bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə görüşlər təşkil olunub, əkin və bağ sahələrində yerində maarifləndirmə tədbirləri həyata keçirilib.
Görüşlər zamanı iştirakçılara pestisidlərin və aqrokimyəvi maddələrin düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkə ərazisində yalnız dövlət qeydiyyatına alınmış pestisidlərin və aqrokimyəvi maddələrin idxalına, satışına və istifadəsinə icazə verilir. Mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən preparatların tətbiqi bitki sağlamlığı, ətraf mühit və insan sağlamlığı baxımından ciddi risklər yaradır. Vurğulanıb ki, bitki mühafizə vasitələri seçilərkən etiket məlumatlarına və istifadə təlimatlarına əməl olunmalıdır.
Həmçinin bölgələrdə yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən gavalının cibcibə virusu, qonur monilioz çürüməsi, komstok yastıcası, Amerika ağ kəpənəyi, qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları və onlara qarşı mübarizə tədbirləri barədə də məlumat verilib.
Bununla yanaşı, bitki mənşəli məhsulların istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, qeydiyyat məhsulun izləniləbilənliyinin təmin olunmasına, fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aqrar sahənin davamlı inkişafına töhfə verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

