Türkiyədə COVID-19-a qarşı vaksinin sınağı keçiriləcək
20.11.2020 13:06

Çinin “Sinovac” firmasının istehsal etdiyi koronavirusa qarşı “CoronaVac” vaksini Türkiyədə 700-dən çox səhiyyə işçisinin üzərində sınaqdan keçiriləcək.

 

Aztibb.az bu barədə www.medimagazin.com.tr saytına istinadla xəbər verir.

 

Türkiyənin Diclə Universiteti Yoluxucu xəstəliklər şöbəsinin müdiri və əyalət pandemiya heyətinin üzvü, professor Mustafa Kamal Çelen bildirib ki, könüllülər üzərində 14 mərkəzdə sınaq aparılacaq. Onun sözlərinə görə, sınaqda iştirak edəcək könüllü 18-59 yaş arasında olmalıdır.

 

Yeri gəlmişkən, Avropa İttifaqı ilə “Pfizer/BioNTech” arasında əldə edilən razılığa görə COVID-19-a vaksini 300 milyon doza qarşılığında birlik şirkətə 4,65 milyard avro ödəyəcək. Bu isə bir dozanın 15,5 avroya başa gəlməsi deməkdir.

 

Qeyd edək ki, bu vaksini əslən türkiyəli alim Uğur Şahin hazırlayıb. “BioNTech” şirkətinin qurucusu və baş direktoru professor Uğur Şahin koronavirusa qarşı peyvəndin gələn ay hazır ola biləcəyini açıqlayıb.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır