ATU əməkdaşlarının gürcü alimləri ilə birgə tədqiqat işi “BioMed Research International” jurnalında yer alıb
03.06.2026 15:25

Azərbaycan Tibb Universitetinin (ATU) Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevin “Xroniki yüksək səs-küyün təsirindən siçovulun beyninin eşitmə və limbik bölgələrində baş verən biokimyəvi və ultrastruktur dəyişikliklər” adlı məqaləsi “BioMed Research International” jurnalında (WoS, Scopus, Q1-2, IF-2.3) nəşr olunub.

Azərbaycan Tibb Universitetindən Aztibb.az-a bildirilib ki, Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevin “Xroniki yüksək səs-küyün təsirindən siçovulun beyninin eşitmə və limbik bölgələrində baş verən biokimyəvi və ultrastruktur dəyişikliklər” adlı məqaləsi “BioMed Research International” jurnalında (WoS, Scopus, Q1-2, IF-2.3) nəşr olunub.
Tədqiqat işi Gürcüstan alimləri ilə (İlia Dövlət Universiteti, New Vision Universiteti, İvane Beritaşvili adına Eksperimental Biotibb Mərkəzi) birgə yerinə yetirilib. Məqalədə eksperimental şəraitdə 30 gün ərzində yüksək səs-küyün yetkin erkək siçovulların beyin qabığının klassik eşitmə (aşağı qoşatəpənin mərkəzi nüvəsində) və limbik bölmələrində (badamcığın bazolateral hissəsində və hippokampda) nəzərəçarpacaq biokimyəvi və ultrastruktur dəyişikliklərə səbəb olması haqqında məlumat verilir. Məlum olub ki, bölgədən asılı olaraq, sinaptik vezikulların, inflammasomların və mitoxondrial oksidləşdirici fosforlaşma sisteminin zülal komponentlərində əhəmiyyətli dəyişikliklər müşahidə edilir. Eksperimental şəraitdə nəzarət qrupu ilə müqayisədə beynin klassik eşitmə və limbik bölgələrində aşkar edilən biokimyəvi və morfoloji pozğunluqların qarşılıqlı əlaqəli olduğu dəqiqləşdirilib.

 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə