Babək rayonunun Payız kəndində tibbi müayinə aksiyası
13.05.2026 11:09

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunun Payız kəndində növbəti tibbi müayinə aksiyası keçirilib.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, Babək Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən keçirilən aksiya zamanı kənd sakinlərinə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib, vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, müvafiq tibbi məsləhət və tövsiyələr verilib.

 

Aksiya çərçivəsində 28 terapevtik, 17 ginekoloji, 19 pediatrik və 11 stomatoloji müayinə aparılıb.

 

Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə təşkil olunan bu cür tibbi aksiyalar sakinlər tərəfindən məmnunluqla qarşılanır və dövlətin vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən regionlarda əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır