Niyə həkim və tibb işçiləri koronavirusdan həyatını itirir?
25.07.2020 11:46

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həkimlərin kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı narahatlığını bildirib. Bəzi ölkələrdə tibb işçilərinin 10%-i koronavirusa yoluxub.

 

Aztibb.az bildirir ki, bu haqda ÜST-nin Baş direktoru Tedros Gebreisus məlumat verib. Dünyada onlarla cavan və sağlam həkim və tibb işçisi koronavirusdan vəfat edib. Azərbaycanda isə bu günə qədər koronavirusdan 26 həkim vəfat edib. Bununla qoruyucu kostyumlar, xüsusi maska və eynəklərin koronavirusdan qoruyub-qorumadığı ilə bağlı suallar ortaya çıxır. 

 

Dünya alimləri belə nəticəyə gəliblər ki, koronavirusdan ölüm riskini artıran əsas səbəblərindən biri virus yüklənməsidir. Başqa sözlə, orqanizmə nə qədər çox virus hissəcikləri düşərsə, bu bir o qədər təhlükəlidir. Bu zaman immun sistemi virusu tez və effektli şəkildə dəf edə bilmir və xəstəlik inkişaf edir, ağırlaşmalar baş verir.

 

Məhz bu səbəbdən bütün dünyada koronavirus xəstələri ilə işləyən həkimlər və tibbi personal arasında yoluxma və ölüm hallarına tez-tez rast gəlinir.

 

Xüsusilə reanimasiyada işləyən tibbi personal yoluxma riski ilə üz-üzədir. Süni tənəffüs aparatları işləyəndə havaya milyonlarla virus hissəciklərini buraxır və onlar dərhal səthlərə düşmür, havada qalır. Nəticədə saatlarla qapalı şəraitdə işləyən tibbi personal çox ciddi virus hücumuna məruz qalır və təəssüf ki, bu zaman ən yaxşı qoruyucu kostyumlar, maskalar və s. vasitələr də yoluxmadan tam qoruya bilmir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır