TƏBİB Azərbaycanda ilk dəfə laboratoriya nümunələrinin daşınması üçün “ağıllı daşıma sistemi” tətbiq edib
04.07.2025 10:46
TƏBİB-in tabeliyindəki 8 tibb müəssisəsində laboratoriya nümunələrinin toplanması, daşınması zamanı pre-analitik və post-analitik mərhələlərdə gedişatın dəqiq və xətasız şəkildə təqib edilməsi, sürətləndirilməsi məqsədilə “ağıllı daşıma sistemi” qurulub.
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki tibb müəssisələrinin - Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Nərimanov Uşaq Klinik Xəstəxanası, Yasamal Uşaq Kilinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası standartlaşma və keyfiyyət standartlarının təkmilləşdirilməsini təmin etməklə ən müasir cihaz və proqram təminatı ilə təchiz olunub.
İlk dəfə olaraq ölkədə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında biokimya və immunassay cihazları bir-birinə inteqrasiya olunmaqla heç bir mexaniki müdaxiləsiz tam avtomat qapalı sistem qurulub. Cihaza eyni anda 300 xəstə nümunəsi yüklənə bilinir. Cihazlar çox kiçik həcmli qan nümunələrindən bir sıra testləri icra edə bilir. Bu isə öz növbəsində test nəticələrinin daha qısa müddətdə əldə edilməsinə, xəstədən alınan 1 tüp qandan eyni anda daha çox test parametrinin işlənilməsinə, mexaniki müdaxilənin minimuma endirilməsinə səbəb olur.
Laboratoriyalarda qurulan tam avtomat sistem ən son beynəlxalq standart və sertifikatlara malikdir.
Tam avtomat şəkildə qanın ümumi analizini icra etmək üçün, eyni zamanda tam avtomat sidik cihazı da Ə.Qarayev Adına Uşaq Klinik Xəstəxanasında istifadəyə verilib. Respublika Pediatriya Mərkəzinin xəstəxanalarının bütün laboratoriyaları qan qrupu, kumbs testlərinin icrası üçün qızıl standart hesab olunan gel texnologiyasına əsaslanan aqqlütinasiya üsulu ilə işləyən cihazlarla təchiz olunub. Cihaz qan qrupunun təyinini və dəyərləndirilməsini icra edir. Bundan başqa Mərkəzin xəstəxanalarının bütün laboratoriyalarında eyni qan ümumi analiz nümunəsindən EÇS (eritrositlərin çökmə sürəti) testini icra etmək üçün də cihazlar qurulub. Bu da öz növbəsində pediatrik xəstə qrupundan çox çətin olan əlavə qan nümunəsinin alınmamasını təmin edir.
Bütün bunların hər biri işçi xətasının minimuma endirilməsinə və düzgün nəticə əldə edilməsinə xidmət edir.
“Ağıllı daşıma sistemi” laboratoriyalardan mərkəzi laboratoriyaya qədər daşınan müddətdə tüplərin daşınmasının bütün mərhələlərini onlayn izləmək, qeydiyyata almaq və daşınma zamanı itirilən tüpləri aşkar etmək imkanını təmin edir. Eyni zamanda nümunələrin çeşidlənməsi maksimum həddə asanlaşıb.
Sözügedən cihazların və proqram təminatının TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində də qurulması nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
TƏBİB Azərbaycanda ilk dəfə laboratoriya nümunələrinin daşınması üçün “ağıllı daşıma sistemi” tətbiq edib
04.07.2025 | 10:46
Da Vinçi robotu ilə beyin əməliyyatı dünyada ilk dəfə Türkiyədə icra edilib
13.05.2023 | 16:00
Xərçəngi aşkarlayan “Elektron burun” hazırlanıb
02.06.2021 | 11:13
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb
21.11.2026 | 15:39
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
18.11.2026 | 14:09
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
17.11.2026 | 10:42
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 | 12:30
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
18.11.2026 | 11:48
Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub
16.11.2026 | 16:48
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
21.11.2026 | 14:25
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
18.11.2026 | 14:42
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
17.11.2026 | 14:56
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
18.11.2026 | 11:42
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
19.11.2026 | 11:49
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
17.11.2026 | 13:38
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
18.11.2026 | 08:24
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar
19.11.2026 | 11:13
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub
19.11.2026 | 15:44

