Xaçmaz rayonu Çaykənarı kənd sakinlərinin tibbi müayinəsi təşkil olunub
01.07.2025 14:47

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

 

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə "Sağlam gələcək" devizi altında Çaykənarı kəndinin sakinlərinin tibbi müayinəsi həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.

 

Bildirilib ki, tibb müəssisəsinin müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, kardioloq, laborant və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində 50-yə yaxın kənd sakininə (uşaqlar və böyüklər olmaqla) 70-dək tibbi xidmət göstərilib.

 

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib