Türk əsilli həkimlər koronavirus əleyhinə vaksini ixtira etdiklərini açıqlayıb
12.11.2020 13:52

Türk əsilli iki həkim Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin koronavirus vaksinini ixtira etdiklərini açıqlayıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni növ koronavirusa (COVID-19) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb.

 

Uğur Şahin açıqlamasında “2021-ci ilin ilk üç ayında Türkiyəyə vaksin gətirmə imkanı olacaq. Səhiyyə Nazirliyi neçə dozaya ehtiyac olduğunu və zamanını bildirərsə, ölkə üçün o qədər vaksin ayırmağı düşünürük”, - deyə bildirib.

 

“New York Times” qəzetinə açıqlama verən hər iki həkim 8 noyabrda sınaqdan keçirilən vaksinin 90 faiz təsiri olduğunu və zəfəri türk çayı dəmləyərək qeyd etdiklərini bildirib.

 

Dr. Şahin  2021-ci ildə 1, 5 milyard doza vaksin hazırlanacağını söyləyib.

 

Qeyd olunub ki, vaksin üçün Səhiyyə Nazirliyi ilə əməkdaşlığın detalları dəqiqləşdirilir. Təsdiq olduğu halda vaksinin paylaşılmasına start veriləcək. İstiliyə həssas olan vaksinin dünyanın başqa nöqtələrinə necə daşınacağı isə müzakirə mövzusudur.

 

Qəzet “COVID- 19”u həll edəcək vaksinin arxasında dayanan ər-arvad” başlıqda məqaləni dərc edib. Həmçinin İngiltərənin “Times” qəzeti cütlük barədə məqalə yayımlayıb. “The Guardian” isə “Vaksinin arxasında röya qrupu” başlığı ilə yazı paylaşıb.

 

Qeyd edək ki, Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır