Yeni Klinikada cərrahiyyədə önəmli əməliyyatlardan biri olan “Whipple” əməliyyatı icra edilib
28.05.2024 16:43

Yeni Klinikada cərrahiyyədə önəmli əməliyyatlardan biri olan “Whipple” əməliyyatı icra edilib.

 

Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.

 

Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrah, uzman həkim Ayxan Abbasov və anestezioloq-reanimatoloq Lalə Əliyevanın komandasının iştirakı ilə baş tutan əməliyyat uğurla həyata keçirilib.

 

Əməliyyatdan sonra stasionar müalicə alan 68 yaşlı kişi xəstə ambulator müalicə üçün evə yazılıb.

 

Qeyd edək ki, mədəaltı vəzin başının, bu nahiyəyə yaxın olan öd yollarının, onikibarmaq bağırsağın törəmələrində icra edilən “Whipple” əməliyyatı cərrahiyyədə ən böyük əməliyyatlardan hesab olunur. Bu əməliyyatın effektiv tətbiqi üçün təcrübəli cərrahi komandanın olması vacibdir.

 

Xatırladaq ki, Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində həyata keçirilən əməliyyatlar avropa protokollarına uyğun, müasir yöntəmlərlə icra olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası
 Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub   
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
“Nevrologiyada tibbi genetika” adlı dərsliyin təqdimatı olub 
 “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” adlı simpozium keçirilib   
Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin iclası keçirilib
Xaçmazda tanınmış həkim vəfat edib
 ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu ürək əməliyyatı   
“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur
Bədən qoxusuna təsir edən qidalar
Məktəblərdə
Siyəzən RMX-da könüllü qanvermə aksiyası