Yevlax rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr oftalmoloji müayinədən keçib - Aksiya
27.05.2024 10:11
25-26 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyanın Avtomobil Səyyar Klinika tərəfindən Yevlax şəhərində keçirilmişdir.
 
Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, tibbi aksiyanın əsas məqsədi Yevlax rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir.
 
2 günlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
 
Tibbi aksiyada 258 sakin oftalmoloji müayinədən keçib.
 
Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkar olunub.
 
Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
 
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialın həkimləri və işci heyəti dr. Cəlilova Sevinc, dr. Əsgərov Elçin, tibb bacısı Ələkbərova Aygün və Rəsulova Aytac tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və sürücü Nəsirov Vasif iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır