Tanınmış şirkət Azərbaycana dərman və tibbi vasitələrdən ibarət humanitar yardım göndərib
04.11.2020 16:04

Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağı erməni işğalından azad etmək və Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədilə artıq bir aydır ki, uğurlu əks hücum əməliyyatları həyata keçirir.

 

TƏBİB-dən verilən xəbərə görə, bu haqlı mübarizədə iştirak etmək hər bir əsgərimizin vəzifə borcu olduğu qədər, həm ölkəmizin daxilində, həm də xaricində yaşayan hər bir azərbaycanlının da şərəf borcudur: “Təsadüfi deyil ki, hər bir vətəndaş əlindən gəldiyi qədər maddi və mənəvi dəstək göstərməklə Vətənə olan sədaqət borcunu ödəməyə çalışır. Türkiyənin əczaçılıq bazarının öncül şirkətlərindən biri olan "Helba İlaç İç ve Dış Sanayi Ticaret A.Ş." də müharibənin ilk günlərindən ordumuza dəstək göstərib. Həmyerlimiz Vəfadar Həsənovun rəhbərlik etdiyi şirkət ordumuzun əsas ehtiyacları ola biləcək dərman vasitələri və tibbi vasitələrdən ibarət humanitar yardımın Azərbaycana göndərilməsini təmin edib. Bu yardımın Azərbaycana çatdırılması və ordumuza təslim edilməsi Heydər Əliyev Fondunun rəhbərliyi ilə TƏBİB tərəfindən həyata keçirilib. Bu Vətən müharibəsində birlik və həmrəylik göstərən hər bir həmyerlimizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır