Alkoqolun koronavirusa təsiri açıqlandı
04.11.2020 10:51

Koronavirusa yoluxma zamanı alkoqoldan istifadə xəstəliyin müddətinin formasını dəyişdirə bilər.

 

Aztibb.az iz.ru-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik" radiosuna müsahibəsində Rusiyanın "İsayev doktorun Klinikası"nın rəhbəri, həkim-narkoloq Ruslan İsayev bildirib.

 

Onun sözlərinə görə, koronavirus infeksiyasının ağırlığı insan orqanizminin qoruyucu xüsusiyyətlərindən asılıdır. Akoqoldan istifadə COVID-19-a yoluxmuş insanın immunitetini məhv edir və buna görə spirtli içki qəbul edən insan xəstəliyin ağır forması riski ilə üzləşir.

 

"Əgər insan yüngül formalı koronavirusa yoluxursa, onda alkoqoldan istifadə bunu xəstəliyin orta və ya ağır formasına çevirə bilər.  Eləcə də müalicə zamanı istifadə olunan dərmanlarla spirtin qarışdırılması ciddi fəsadlara və nəticələrə səbəb ola bilər”, - deyə narkoloq bildirib.

 

Ruslan İsayev xatırladıb ki, koronavirusdan müalicə zamanı tətbiq edilən bir çox dərmanlar alkoqolla uyğun gəlmir: "Söhbət hər şeydən əvvəl antibiotiklərdən gedir. Bu preparatlar öz-özlüyündə əlavə təsirlər yarada bilər, amma alkoqol əlavə ağırlaşmaların ortaya çıxmasına imkan yaradacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib