Nigar Əliyeva: “Novruz bayramı günlərində qidalanmaya nəzarət etmək vacibdir”  
21.03.2024 08:28

Azərbaycanın qədim və milli bayramı olan Novruz baharın gəlişini, torpağın oyanışını xəbər verir. Ölkəmizin bütün kənd və şəhərlərində bu bayram  xalqımız tərəfindən xüsusi sevinc və təntənə ilə qeyd olunur. Tarixi 5000 ilə dayanan bu bayramın özünəməxsus ənənələri - səməni cücərdilməsi, çərəzlərlə xonçaların bəzədilməsi, müxtəlif personajların iştirakı ilə tamaşaların hazırlanması insanların əhval-ruhiyyəsini yüksəltməyə xidmət edir.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının baş müəllimi Nigar Əliyeva bayramın digər özəlliyi olan müxtəlif şirniyyatlar, çeşidli xörəklər hazırlanması haqqında fikirlərini bölüşüb. O, bayramda hazırlanan şirniyyatlarla bağlı inanclardan bəhs edərək bildirib ki, bayram şirniyyatları fəslin dəyişməsini, yeni ilin gəlişini, torpağın bərəkətini nümayiş etdirir. Bu mənada, qoğal Günəşin rəmzi, paxlava ulduzların işıltısının, şəkərbura Ayın yeniliyinin, buğdadan hazırlanan qovurğa isə torpağın oyanışının simvoludur.

 

Onun sözlərinə görə, bayram günlərində orqanizminin sağlamlıq vəziyyətini qoruya bilmək üçün qidaların tərkibi və həddinə diqqət yetirilməlidir: “Belə ki, gün ərzində şirniyyatlarla zəngin rasionun mövcud olması əsas verir ki, karbohidrat mənbəyi olan un məmulatlarından yüksək miqdarda istifadəyə nəzarət edək. Gün ərzində yeyiləcək şirniyyatların tərkibində olan şəkər tozunun da miqdarı nəzərə alınmalıdır. O cümlədən, həm müxtəlif çeşidli yağlı və ədviyyatlı xörəklərin rasionumuza daxil olması, eyni zamanda şirniyyatların çeşidinin çoxluğu orqanizmin artıq yüklənməsinə və nəticədə ürək-qan damar sisteminin pozulmasına, həzm sistemində patologiyası olan insanların xəstəliklərinin kəskinləşməsinə, bağırsaq mikroflorasının pozulmasına və s. xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. Bunları nəzərə alaraq gün ərzində xörəklərin və şirniyyatların istifadə vaxtı və ara məsafəsi gözlənilməlidir. Bəzən insanlar “əşi, bayramdı” deyib, qidalanma mədəniyyətini arxa plana keçirirlər. Lakin unutmaq olmaz ki, hər bir qida məhsulu, o cümlədən şirniyyatlar orqanizm üçün kalori mənbəyidir”.

 

N.Əliyeva bildirib ki, qidalanmada yol verilən hər bir norma pozuntusu şəkərli diabetin, qan təzyiqinin, ürək-qan damar sistemi xəstəliklərinin yaranmasına və ya xəstəliklərin kəskinləşməsinə, eyni zamanda infeksiyalara tutulma riskinin artmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, xüsusilə bayram günlərində qida rasionunda şirniyyatın, kalorili qidaların qəbulunun artması bir sıra pozğunluqlar: piylənmə, şəkərli diabet, immun sistemin zəifləməsi, allergik reaksiyaların yaranması, tənəffüs sistemində çatışmazlıqlar doğura bilər. Şəkərli diabetdən əziyyət çəkən insanlar xüsusilə diqqətli olmalıdır.

 

Azərbaycan milli mətbəxinin kalorili və dadlı qidalarla zənginliyini, hər bir bölgəmizin özünəməxsus qidaları olduğunu xatırladan mütəxəssis, yağlı-zülallı yeməklərin qəbulunda ehtiyatlı olmağı və nisbətən yüngül yeməklərə üstünlük verməyi məsləhət görüb. 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir   
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?