Kimlər qan verə bilməz?
18.03.2024 09:28
Qan istehsal edilməyən bir toxumadır və hazırda yeganə mənbəyi sağlam qan ianəçiləridir. Qan ianəsi həm ictimai, həm fərdi baxımdan böyük əhəmiyyət daşıyır. Əgər qan verilsə orqanizm yeni qan istehsal edir və bunun orqanizm üçün faydası çoxdur.
 
Aztibb.az-ın məlumatına görə, qan verən insanın bilməsi vacib olan şərtlər vardır. Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər.
 
Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşagı düşür.
 
Kimlər qan verə bilməz?
 
-Hepatit B-heç bir zaman qan verə bilməzlər;
-Hepatit C-heç bir zaman qan verə bilməzlər;
-AIDS-heç bir zaman qan verə bilməzlər;
-Malyariya – müalicə olunandan 3 il sonra qan verə bilərlər;
-Vərəm – müalicə olunandan 5 il sonra qan verə bilərlər;
-Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sonlandırılmasından 6 həftə sonra qan verə bilərlər;
-Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər. Bronxit-xroniki xəstələr qan verə bilməz;
-Epilepsiya xəstələri qan verə bilməzlər;
-Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan verilə bilməz;
-Diabet – qanda şəkərin miqdarı normal olan halda qan verə bilər;
-Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər;
-Allergiya – astma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər;
-Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər;
-Ruhi xəstələr;
-Narkomaniya.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib