Kimlər hamiləlikdə diabet riski daşıyır?
15.03.2024 09:30
Əvvəllər diabet diaqnozu qoyulmayan qadın belə hamiləlik dönəmində diabetdən əziyyət çəkə bilər. Bu diabet bütün hamilələrin təxminən 3%-də müşahidə olunur, əksəriyyətində hamiləlik bitdikdə əlamətlər də ardan qalxır, təxminən 10%-də isə diabet qalıcı olur.
 
Hamiləlik diabeti 20-24-cü həftələrdə daha çox özünü büruzə verir.
 
Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla hamiləlik diabeti barədə məlumatları oxuculara təqdim edir.
 
Kimlər hamiləlikdə diabet riski daşıyır?
▪️ Ailəsində şəkərli diabet halları olanlar;
▪️ Piylənmə, artıq bədən çəkisi olanlar;
▪️ Daha öncə düşüklə nəticələnən hamiləlik yaşayanlar;
▪️ Hamiləlik yaşı 30-dan yuxarı olanlar;
▪️ Öncəki hamiləlik zamanı artıq çəkili uşağın doğulması;
▪️ Yumurtalıqların polikistozu xəstəliyi olanlar.
 
Risk faktorları olan qadınların hələ hamiləlik öncəsi, hamiləlik planlaması zamanı qlükoza tolerant testi keçmələri tövsiyə olunur.
 
Hamiləlik diabetinin əsas müalicəvi vasitəsi pəhrizdir. Qlükoza mübadiləsinin pozulması zamanı kontrolun yaxşı olması üçün effektiv pəhriz növü aşağı karbohidratlı pəhrizdir. Bal və digər şirniyyat növləri qanda şəkərin səviyyəsini kəskin artırır. Əgər hamiləyə hestasion diabet diaqnozu qoyulubsa, onda bu məhsullar qadına və onun gələcək övladına zərərlidir. Gilas, çiyələk və digər meyvə və giləmeyvələr qanda şəkərləri artıraraq xeyirdən çox zərər vermiş olur. Bütün vacib lif, vitamin və mineralların, əsasən, göyərti, qoz-fındıq, tərəvəzlərdən alınması məqsədəuyğundur.
 
Fiziki aktivliyə gəldikdə isə hamilə qadınlar idmanı ehtiyatla, heç bir düşük təhlükəsi yoxdursa, həkimin icazəsi olduqdan sonra etməlidirlər. Ən ziyansız fiziki aktivlik isə piyada gəzinti hesab olunur.
 
Bəzən pəhriz və fiziki aktivlik ilə şəkərlər tənzim olunmadıqda, onda hamilə qadına insulin müalicəsi başlanılmalıdır. İnsulin müalicəsi və dozaları hər pasiyentə fərdi olaraq seçilir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır