Şamaxı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
03.11.2020 11:46

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. 

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, həmçinin xəstəxananın İntensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib. 

 

1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub.

 

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır