Göygöl Rayon Mərkəzi Xəstəxanasında Tibbi şuranın iclası keçirilib
05.03.2024 10:57
Göygöl Rayon Mərkəzi Xəstəxanasında Tibbi şuranın iclası keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, tədbirdə müəssisənin direktor müavini, baş həkim Vüsalə Qələndərova, Ginekologiya və doğum şöbəsinin müdiri Nigar Quliyeva, İlkin səhiyyə xidmətinin şöbə müdiri Nailə Şəmilova, Göygöl Rayon Gigiyena və Epidemiologiya şöbəsinin müdiri Səxavət Əsədov, eləcə də tibb müəssisəsinin tabeliyində olan kənd tibb məntəqələrinin müdirləri və tibb işçiləri iştirak ediblər.
 
İlk olaraq Göygöl Rayon Gigiyena və Epidemiologiya şöbəsinin müdiri Səxavət Əsədov çıxış edərək uşaqlarda və körpələrdə peyvəndin əhəmiyyəti, peyvəndlərin vacibliyi və təhlükəsizliyi yeni gətirilmiş heska peyvəndi barədə məlumat verib.
 
Tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsinin müdiri Nigar Quliyeva çıxış edərək iclas iştirakçılarına fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq, fizioloji hamiləliyin gedişi üzərində müşahidənin və müayinənin düzgün aparılması və bununla da hamiləliyin ağırlaşmalarının qarşısının alınması, hamiləliklə bağlı patoloji vəziyyətlərin vaxtında aşkarlanması , antenatal xidmət müəssisələrində tibb işçilərinin məsləhətvermə səriştəsi barədə iclas iştirakçılarına geniş məlumat verib.
 
Daha sonra İlkin səhiyyə xidmətlərinin şöbə müdiri Nailə Şəmilova çıxış edərək İlkin səhiyyə xidmətinin fəaliyyəti, patronaj xidməti, eləcə də uşaqlar arasında profilaktik peyvəndlənmə və dispanserizasiyanın aparılması barədə fikirlərini bölüşüb.
 
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır