5 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi təltif edilib
09.02.2024 10:54

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 5 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi Abbasova Səidə Həbib qızı təqaüdə yola salınıb.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən bildirilib.

 

Tədbirdə çıxış edən Mərkəzin direktor müavini Güllü İbadova Səidə Abbasovaya 40 ildən artıq olan baş həkimlik fəaliyyətində hər zaman əhalinin sağlamlığının qorunması istiqamətindəki yorulmaz xidmətlərinə görə minnətdarlığını bildirib.

 

5 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi Səidə Abbasova göstərilən diqqətə görə Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə təşəkkür edib.

 

Tədbirin sonunda Səidə Abbasova Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov adından səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edib.

 

Qeyd edək ki, Abbasova Səidə Həbib qızı 08.02.1950-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakı şəhərində yerləşən 134 nömrəli tam orta məktəbdə təhsil alıb. 1967-ci ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub.

 

1973-1974-cü illər ərzində Əfəndiyev adına 2 nömrəli Klinik Xəstəxananın Pediatriya şöbəsində internatura keçib.

 

1975-ci ildən Nərimanov rayonunda yerləşən 14 nömrəli Uşaq Poliklinikasına həkim-pediatr vəzifəsinə təyinat alıb. 1979-cu ilə qədər həmin müəssisədə sahə pediatrı vəzifəsində çalışıb.

 

1979-cu ildə Bakı şəhəri Nərimanov rayonu üzrə Səhiyyə şöbəsinə rayon pediatrı vəzifəsinə təyin olunub.

 

1983-cü ildə 5 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin olunub. Həmin ildən 08.02.2024-cü ilə qədər isə həmin tibb müəssisəsində baş həkim vəzifəsində fəaliyyət göstərib.

 

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev