Azərbaycanda ağac budaması zamanı tətbiq olunan effektiv məlhəm hazırlanıb
30.10.2020 10:21

Son zamanlar qlobal istiləşmə ilə əlaqədar ağacların budama yerlərində çürümə prosesinə bağlı xəstəliklərə daha çox rast gəlinir. İsti havalarda ərimə temperaturu yüksək olduğu üçün budama zamanı istifadə olunan qoruyucu laydan ibarət məlhəmlərin effektivliyi azalır. Yüngül zədələrdən fərqli olaraq, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə edilməsinə ehtiyac yaranır.

 

Bu problemlə əlaqədar bir neçə il bundan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən isti hava şəraitinə daha dayanıqlı məlhəmin hazırlanması üçün AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavoduna müraciət olunub. Bu məqsədlə zavodun Elmi-tədqiqat sınaq laboratoriyası tərəfindən bir neçə nümunə hazırlanaraq instituta göndərilib, bu nümunələrdən biri yüksək effektivlik nümayiş etdirib. Belə ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna təqdim olunan təcrübə nümunələri 1 hektar ərazidə sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub.

 

Hazırda Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı həmin məhsulun kütləvi istehsalına başlanılıb. Bu preparat meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub.

 

Tam yerli xammal bazası əsasında hazırlanmış “Bağ məlhəmi”nin Azərbaycanın müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır